Modern.az

Məşhur politoloqdan XƏBƏRDARLIQ: “Ukraynada ən böyük hərbi münaqişə baş verə bilər”

Məşhur politoloqdan XƏBƏRDARLIQ: “Ukraynada ən böyük hərbi münaqişə baş verə bilər”

Dünya

11 Mart 2014, 13:04

"Krım münaqişəsini nəzəri cəhətdən həll etmək mümkündür, ancaq Kremli Allahlıq iddiasında olan irrasional lider idarə etdiyindən bunu təsəvvür etmək çətindir”. Modern.az saytı xarici KİV-ə istinadən bildirir ki, bunu politoloq Zbiqnev Bjezinski Fransanın “La Figaro” qəzetinə deyib. O qeyd edib ki, Rusiya prezidenti Vladimir Putin Krımı Ukraynadan güc yolu ilə qoparmağa hazırlaşır:
“Ancaq bu halda o, on illərlə Ukraynanı itirəcək, Moskvanın Ukrayna münasibətləri isə vacibdir. Belə təsəvvür edək ki, Putinə Krımı Ukraynadan həmişəlik ayırmaq nəsib olacaq. O, Krımı alacaq, ancaq on illərlə Ukraynanı itirəcək, ona görə ki, bu addım Moskva əleyhinə çox güclü milli reaksiyaya səbəb olacaq. Putin dəhşətli səhv edir”

Politoloq onu da qeyd edib ki, əgər Rusiya Ukraynaya hərbi təzyiqini davam etdirərsə, Kiyev tez, yaxud gec müqavimət göstərməyə başlayacaq. O zaman Qərb Ukraynanın özünü necə müdafiə etdiyini görüb müdaxilə edəcək, müdafiəsinə qalxacaq”.

Politoloqun sözlərinə görə, bu halda Ukraynada İkinci Dünya müharibəsindən sonra Avropada ən böyük hərbi münaqişə baş verə bilər. Bunu nəzərə alan Bjezinskinin fikrincə, Krım münaqişəsini nəzəri cəhətdən sülh yolu ilə həll etmək mümkündür: “Amma ən böyük risk odur ki, Rusiyanı Allahlıq iddiasında olan irrasional lider idarə edir. Bu, rusiyalıların çoxunu narahat edir”.

Politoloq onu da qeyd edib ki, Putin Rusiya üçün nəyin yaxşı, nəyin pis olduğunu qiymətləndirməyə və əlverişli qərar qəbul etməyə qadir deyil.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir