Arxiv
1 Oktyabr 2009, 11:11 | ÖLKƏ
Uşaqlar üçün günərzi inkişaf və reabilitasiya mərkəzləri açılıb

“Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı (2006-2015-ci illər)” çərçivəsində Bilgəh və Şüvəlan qəsəbələrində yerləşən 11 nömrəli xüsusi internat məktəbin, Yetim və valideyn himayəsindən məhrum olan uşaqlar üçün Respublika yardımçı internat məktəbin nəzdində yaradılan günərzi inkişaf və reabilitasiya mərkəzlərinin açılış mərasimi olub. Mərasimlərdə təhsil naziri Misir Mərdanov, Sabunçu və Əzizbəyov rayonlarının icra hakimiyyətlərinin başçıları, YUNİCEF-in Azərbaycan nümayəndəliyinin rəhbəri, Nazirlər Kabinetinin, Bakı Şəhər İcra Hakimiyyətinin, bəzi beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər. Modern.az xəbər verir ki, təhsil naziri Misir Mərdanov hər iki mərkəzin açılmasını dövlət müəssisələrindən uşaqların ailələrə verilməsi və qayğı mərkəzlərinin yaradılması istiqamətində atılan növbəti addım kimi qiymətləndirib. Nazir yaradılan şəraitdən razı qaldığını söyləyib, xüsusi qayğıya ehtiyacı olan uşaqlara göstərdikləri diqqətə görə Azərbaycan Prezidenti İlham Əliyevə, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevaya minnətdarlıq ifadə edib. Misir Mərdanov yeni mərkəzlərin yaradılmasına yaxından kömək göstərdiklərinə görə beynəlxalq təşkilatlara, xüsusən də “Uşaqların Xilası” təşkilatına minnətdarlığını bildirib, gələcəkdə Bərdə və Göyçayda da belə mərkəzlərin fəaliyyətə başlamasının nəzərdə tutulduğunu diqqətə çatdırıb.

Qeyd olunub ki, mərkəzlərin binası Təhsil Nazirliyi tərəfindən tikilib, Dövlət Proqramına ayrılan vəsait hesabına inkişafetdirici təlim materialları, müvafiq inventar və avadanlıqlarla təchiz edilib. Mərkəzlərin yaradılmasında əsas məqsəd uşaqların müvafiq müəssisələrə düşməsinin qarşısının alınmasıdır. Mərkəzlərə Əzizbəyov və Sabunçu rayonu ərazisində yaşayan, risk qrupuna daxil olan aztəminatlı, sağlamlıq imkanlar məhdud olan uşaqlar cəlb ediləcək. Əzizbəyov rayonu ərazisindəki mərkəz 40 nəfər, Sabunçu rayonu ərazisindəki mərkəz isə 70 nəfər məktəbəqədər və məktəbyaşlı, sağlamlıq imkanları məhdud uşağa xidmət edəcək. Mərkəzlərdə psixoloq, loqoped, inkişaf terapiyası (yəni, uşaqlara özünəxidmət bacarıqlarının aşılanmasını öyrədən xüsusi pedaqoq) xidmətlərinin göstərilməsi nəzərdə tutulub. Müəssisələrdə günərzi qayğı xidmətlərinin yaradılması və fəaliyyətin səmərəli təşkili üçün müəssisələrin işçi heyətinə inkluziv təhsil və sosial iş üzrə müxtəlif mövzularda treninqlər keçirilib. Mərkəzlərin fəaliyyətlərinin əsas istiqaməti sağlamlıq imkanları məhdud uşaqların həyati bilik və bacarıqlara yiyələnmələrinə, oyunlar vasitəsilə onların əqli və fiziki inkişafına nail olmaqdan, keçirilən reabilitasiya proqramlarına valideynləri cəlb etməkdən, valideynlərə uşaqların hüquqları ilə bağlı hüquqi müvəkkillik xidmətləri göstərməkdən və digər müvafiq xidmətlərdən ibarət olacaq. Gün ərzində 10-12 saat fəaliyyət göstərəcək mərkəzlərdə fərdi qayğı planına müvafiq olaraq uşaqla iş aparılacaq.

Təhsil Nazirliyindən bildirilib ki, göstərilən qayğı nəticəsində hər bir uşağın cəmiyyətə inteqrasiyasını və sosial adaptasiyasını qarşıya qoyan mərkəzlərdə məktəbyaşlı uşaqların (1-8-ci siniflər) dərsdən sonrakı asudə vaxtlarının səmərəli təşkili də nəzərdə tutulub. Uşaqların günün sonunda evlərinə aparılması məqsədlə Təhsil Nazirliyi tərəfindən mərkəzlərə mini avtobus verilib.

 

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
"Qarabağ" 20 min avro cərimələndi 24 Avqust 2019, 11:38 Bakıda 18 manata görə adam döydülər 24 Avqust 2019, 11:21 Fransada G7 sammiti başlayır 24 Avqust 2019, 10:59 Azərbaycanın idxaldan ən asılı olduğu sahə... – Ekspert rəsmi statistikaya inanmır: “Şişirdilib” 24 Avqust 2019, 10:56 “Azəriqaz” istirahət günləri də çalışacaq 24 Avqust 2019, 10:51 Gürcüstanda azərbaycanlı tələbə suda boğulub 24 Avqust 2019, 10:47 Şəkidə baş verən yanğın da söndürül 24 Avqust 2019, 10:38 Paşinyanın məxfi hesabatı Azərbaycanın əlinə keçdi 24 Avqust 2019, 10:23 Hirkan Milli Parkında yanğın tam söndürülüb 24 Avqust 2019, 10:04 Planetin ağciyər XƏRÇƏNGİ – Həyəcan təbili çalmağın vaxtıdır 24 Avqust 2019, 09:55 Ermənilər cəbhədə snayperləri işə saldı 24 Avqust 2019, 09:40 İstirahət günləri hava necə olacaq? - PROQNOZ 24 Avqust 2019, 09:24 Xəzər dənizində zəlzələ olub 24 Avqust 2019, 09:06 Bizim “Cəbiş müəllim”! - Həkimlik oxudu, aktyor oldu 24 Avqust 2019, 08:55 Ulduz futbolçunun arvadı maşını belə idarə etdi - VİDEO 24 Avqust 2019, 00:51 “Beşiktaş” ilk qələbəsini qazandı 24 Avqust 2019, 00:34 Şəkidə toyda 48 yaşlı kişini bıçaqladılar 24 Avqust 2019, 00:19 Əhməd Davudoğlunun partiyası YAP adlandırıldı 24 Avqust 2019, 00:01 Azərbaycan nefti ucuzlaşdı 23 Avqust 2019, 23:46 Toydan qayıdan sürücü qəzaya düşdü: yaralılar var 23 Avqust 2019, 23:30 "İnterpol" narkotik satan azərbaycanlını axtarır 23 Avqust 2019, 23:13 “Qarabağ”ın ev oyununu rusiyalı hakimlər idarə edəcək 23 Avqust 2019, 22:57 Deputatın həbs olunan oğlunun yeni VİDEOSU yayıldı 23 Avqust 2019, 22:39 Şəkidə yanğını söndürmək mümkün olmayıb 23 Avqust 2019, 22:19 194 ölkənin axtardığı İlan İsraildə tapıldı 23 Avqust 2019, 22:03 Bakıda 8 yaşlı uşaq faciəvi şəkildə ölüb 23 Avqust 2019, 21:44 Ərdoğan Rusiyaya gedir 23 Avqust 2019, 21:30 Putin İlham Əliyevi parada dəvət etdi 23 Avqust 2019, 21:16 Dünyanın ən varlı insanlarından biri vəfat etdi 23 Avqust 2019, 21:02 ABŞ-dan Rusiyaya qarşı yeni sanksiyalar   23 Avqust 2019, 20:46 Bakıda kürəkən qayınanasını döyərək bu hala saldı - FOTOLAR 23 Avqust 2019, 20:33 İndoneziya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir 23 Avqust 2019, 20:16 Azərbaycan millisi çempionata qələbə ilə başladı 23 Avqust 2019, 20:04 Azərbaycanda bu məhsulların qiymətləri ucuzlaşdı - SİYAHI   23 Avqust 2019, 20:00 DYP hava ilə bağlı sürücülərə müraciət etdi  23 Avqust 2019, 19:49