Arxiv
31 Avqust 2009, 18:02 |
Müğənnilər və jurnalistlər

BİZ HARA GEDİRİK?

On il bundan əvvəl jurnalistikaya gələndə elə sevinirdim ki, elə bil dünyanın ən xoşbəxt insanı mən idim. Amma indi baxıb görürəm ki, özümü bilə-bilə oda atmışam. İndi oğul lazımdı bu dərdə dözsün. Mən hələ 5-6 il bundan əvvəl jurnalistikanın uçuruma getdiyini görürdüm. Hiss edirdim ki, yaxşı qələmi olan dostlarımı hər gün itirirəm, əksəriyyəti xaricə üz tutur, bəziləri biznesə qoşulub. Mən o vaxt onların gedişinə təəssüflənirdim. İndi isə onların şəraitinə baxanda hiss edirəm ki, vaxtilə jurnalistikadan gedən dostlarım dağın başında ceyran ovlayırlar, jurnalistikada qalan dostlarım isə içi mən qarışıq dağın ətəyində dovşan qovuruq. Mənim və mənim kimi jurnalistlərin ayda bir dəfə tutduğu dovşanı dağın başında olan dostlarım hər gün tuturlar, hələ bəzən, dovşan onlara azlıq edir.

Heç yadımdan çıxmır. 5-6 il bundan əvvəl hörmətli müəllimimiz Cahangir Məmmədli ilə qısa bir dialoqumuz olmuşdu. Dedim, müəllim, deyəsən, bizim axırımız yaxşı olmayacaq. Cahangir müəllimin cavabı belə olmuşdu ki, 10-15 ildən sonra jurnalistika xelyi fərqlənəcək. Doğrudan da, indi fərqi hiss edirəm. Amma yaxşıya doğru heç nə görünmür. İndi dövlət tərəfindən də mətbuata, KİV-ə dəstək göstərilir. Ancaq bununla iş düzəlmir. Gələnlər isə küncdə-bucaqda ilişib qalırlar. Axır vaxtlar fikir verirəm, bizim redaksiyamıza təcrübə keçməyə gələn onlarla tələbənin heç bir mətbuatda qalmaq istəmir. Şəxsən mən jurnalistika fakültəsində təhsil alan həmin tələbələri bir ayda iki dəfə görürəm. Bu gedişlə reket jurnalistikası daha çox irəlidə olacaq. Çünki jurnalistika fakültəsini bitirənlər arxaya baxmadan başqa sahələrə üz tuturlar. Görünür, Cahangir müəllimin sözündə həqiqət varmış, 15 ildən sonra jurnalistikamız çox fərqli olacaq, həm də lap çox.

Neçə ildir bir qrup jurnalist əlində kağız-qələm, dövlət qurumlarından torpaq istəyir, ev tikmək üçün. Nə edək, evimiz yoxdu, heç olmasa torpaq ayırsınlar, özümüz tikək. Axı bizim də haqqımız var rahat mənzildə, rahat şəraitdə yaşamağa. Axı biz də insanıq. Axı biz bu gündə olmalı deyilik. Neçə ildi Bakı meriyası Bakını tikə-tikə satır, ama biz jurnalistlərə boş torpaq sahəsi tapılmadı. Şəhərin neçə yerində evi olan müğənnilər, şoumenlər, aktyorlar, nə bilim, daha kimlər ev alır, torpaq alır, bağ alır. Bakı şəhər İcra Hakimiyyətinin qarşısında onları özüm görmüşəm neçə dəfə. Bəs biz jurnalistlərə niyə o evlərdən, bağlardan, torpaqlardan pay düşmür? Müğənnini, aktyoru üzə çıxardan, cəmiyyətə tanıdan jurnalistlərdi, amma biz həmişə küncdə-bucaqda qalırıq. Daha doğrusu, bizi küncə sıxırlar. Hansısa müğənni çıxır efirə, ağlayır, göz yaşı tökür ki, evim yoxdu, iki gündən sonra baxıb görürsən həmin müğənniyə ev də verildi, maşın da. Daha fikirləşən yoxdu ki, o müğənnini çəkən, efirə verən, qəzetdə təbliğ edən jurnalist özü kirayədə, onun-bunun evində boynu bükük yaşayır. Bəkə, Hacıbala müəllim gözləyir ki, jurnalistlər də ağlayıb sızlamağa başlasın? Bəlkə, Hacıbala müəllim kimi, bizim ağlamağımızı gözləyən başqaları da var?

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bakıda keçmiş arvadını və polisləri yandırmaq istəyən şəxs tutuldu 17 Sentyabr 2019, 10:39 Keçmiş arvadını öldürməyə cəhd edən şəxs tutuldu   17 Sentyabr 2019, 10:37 Balakəndə naməlum xəstəlik aşkarlanıb? - Səhiyyə Nazirliyindən AÇIQLAMA 17 Sentyabr 2019, 10:33 Müsavat partiyası ÇALXALANIR - Partiya üzvü Arif Hacılını başqanlıqdan getməyə ÇAĞIRDI 17 Sentyabr 2019, 10:27 1-ci sinfə şagird qəbulunun vaxtı uzadıldı 17 Sentyabr 2019, 10:21 Gənc Tamaşaçılar Teatrının tavanı çöküb 17 Sentyabr 2019, 10:17 Ötən gün yol qəzalarında 3 nəfər ölüb 17 Sentyabr 2019, 10:13 Bu şəkil müəllimləri qınağa TUŞ ETDİ 17 Sentyabr 2019, 10:05 Kapital Bank yenilənən Nəsimi filialını istifadəyə verdi 17 Sentyabr 2019, 09:58 Metrodakı sərnişin sıxlığının səbəbi AÇIQLANDI - YENİLƏNİB 17 Sentyabr 2019, 09:41 Ermənilər atəşkəsi 22 dəfə pozdular 17 Sentyabr 2019, 09:35 Mənəvi dəyərlər, qanunun aliliyi, ədəb-ərkan... - Doğum gününü qeyd edən KOMİTƏ SƏDRİ 17 Sentyabr 2019, 09:31 Telejurnalist Aytəkin Alxaslı təltif olundu - FOTO 17 Sentyabr 2019, 08:19 Müsavat başqanlığına yeni NAMİZƏD: “Partiyanın idarə olunması qənaətbəxş deyil” 17 Sentyabr 2019, 08:14 Bu günün məzənnəsi necə olacaq? 17 Sentyabr 2019, 08:06 Yük qatarı relsdən çıxdı 17 Sentyabr 2019, 00:48 Neft zavodları İran istehsalı silahlarla vurulub - İDDİA 17 Sentyabr 2019, 00:33 Elmar Məmmədyarov Müqəddəs Taxt-Tacın Dövlət Katibi ilə görüşdü 17 Sentyabr 2019, 00:15 Qaxda ağır qəza: yaralılar var 16 Sentyabr 2019, 23:57 İlham Əliyev Mehriban Əliyeva ilə birgə dünya çempionatının açılışına qatıldı - FOTOLAR, YENİLƏNİB   16 Sentyabr 2019, 23:44 Xələf Xələfov İsveçrə ilə əməkdaşlıq imkanlarını müzakirə etdi 16 Sentyabr 2019, 23:31 Neftin qiyməti kəskin bahalaşdı 16 Sentyabr 2019, 23:14 UEFA "Qarabağ"a 4 milyon avroya yaxın pul köçürdü 16 Sentyabr 2019, 23:01 Rusiya, İran və Türkiyə liderləri Tehranda görüşəcək 16 Sentyabr 2019, 22:46 Bakıda 36 yaşlı kişi ürəyindən bıçaqlandı 16 Sentyabr 2019, 22:33 Tramp yenidən İranı hədəf aldı 16 Sentyabr 2019, 22:16 Qobuda daş karxanasında fəhlə öldü 16 Sentyabr 2019, 21:54 Türkiyə vitse-prezidentinin Bakı səfəri başa çatdı 16 Sentyabr 2019, 21:42 Paşinyan Sərkisyanın kürəkənini geri qayıtmağa çağırdı 16 Sentyabr 2019, 21:28 Bakıda xəstə kişi binadan yıxılıb öldü 16 Sentyabr 2019, 21:13 Qəzaya uğrayan təyyarə evin üstünə düşdü: 7 ölü 16 Sentyabr 2019, 20:42 Xəzərdə zəlzələ oldu 16 Sentyabr 2019, 20:29 Ərdoğan, Ruhani, Putin bir arada 16 Sentyabr 2019, 20:16 Tofiq Yaqublu Müsavat başqanı ola bilər 16 Sentyabr 2019, 20:01 Mingəçevirdə uşaq evindən oğurluq edildi   16 Sentyabr 2019, 19:57