Arxiv
7 İyul 2010, 17:50 | MEDİA
Gəncədə milli mətbuat günü ilə bağlı tədbir keçirilib

Bu gün Gəncədə «Azərbaycan milli mətbuatı 135: tarixi nailiyyətlər və perspektivlər» mövzusunda konfrans keçirilib. Bununla Azərbaycan milli mətbuatının 135 illik yubileyi çərçivəsində sayca üçüncü toplantı reallaşdırılıb.

 

Tədbiri açan Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Rövşən Sadıqov respublikada aparılan geniş quruculuq işlərinin media sahəsinə də sirayət etdiyini bildirib. Ölkə prezidentinin milli mətbuatın 135 illiyinin keçirilməsi barədə sərəncamını bu baxımdan şərh edən R.Sadıqov yubiley tədbirlərindən birinin Gəncədə baş tutmasını şəhərin Azərbaycan jurnalistikasında oynadığı müstəsna rolla əlaqələndirib.

 

Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev ölkədə media sahəsində həyata keçirilən dövlət siyasəti barədə məlumat verib. Ə.Mehdiyev dövlət başçısının Azərbaycan milli mətbuatının 135 illik yubileyi haqqında sərəncamından geniş söhbət açaraq sənəddən irəli gələn vəzifələrin yerinə yetirilməsi üçün bir sıra bölgələrdə konfransların təşkil olunacağını vurğulayıb.

 

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov «Azərbaycan milli mətbuatı 135: tarixi nailiyyətlər və perspektivlər» mövzusunda məruzə edib. Şura sədri «Əkinçi» qəzetinin mövzu dairəsi, digər xüsusiyyətləri ilə bağlı statistik məlumatlar səsləndirib. Həsən bəy Zərdabinin nəşrin fəaliyyətə başlamasındakı roluna diqqət çəkən Ə.Amaşov görkəmli alimin fədakar əməyinin Azərbaycanın çağdaş mediası üçün örnək olduğunu deyib. Məruzədə bildirilib ki, qəzetin mövzu dairəsi, toxunduğu məsələlər o zamankı Azərbaycan cəmiyyətinin ictimai şüurunda tam yeni bir səhifəni açdı. Bu, ağır zəhmətlər hesabına başa gələn bir mərhələ idi. «Əkinçi» təşkilatçılığı, fədakarlığı, parlaq istedadı ilə seçilənlər üçün ilkin jurnalistika məktəbi oldu. «Əkinçi» məktəbinin müdavimləri intibah dövrü adlandırılan XX əsrin əvvəllərində «Şərqi-Rus», «Həyat», «Kaspi», «Molla Nəsrəddin», «Zənbur» kimi indinin özündə də heyrət doğuran qəzet və jurnalları ərsəyə gətirdilər. Bu nəşrlərin rəhbərləri bir qayda olaraq uğurlarının «Əkinçi» ənənələrindən qaynaqlandığını vurğulayırdılar. 

Ə.Amaşov bildirib ki, çar Rusiyasının son çağlarında mətbuat Azərbaycan ictimai şüurunda bir növ katalizator rolunu oynamağa başladı. Bu rol çarizmin süqutundan sonrakı mərhələnin son nəticə etibarilə Azərbaycanın müstəqilliyinə qədər uzanmasının təminatına dəstək baxımından həlledici idi. «Əkinçi» ənənələrindən qibadalan mətbuat dövrün görkəmli ziyalılarının, ideoloqlarının istiqlal ideyasının carçısına çevrilmişdi: “Cəmi 43 il ərzində belə bir missiyanın daşıyıcısı olmaq təbii ki, böyük uğur idi. Mətbuatımız bunu əldə etməyi bacarmışdı”.

 

Sovet dönəmində Azərbaycanda media vasitələrinin fəaliyyətinə toxunan Ə.Amaşov diqqəti həmçinin mətbuatın Azərbaycanın ikinci dəfə müstəqilliyinə qovuşmasındakı tarixi roluna çəkib. O bu mərhələni xüsusi elmi araşdırmaya ehtiyacı olan sahə kimi dəyərləndirib.

 

Məruzə ətrafında çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru, MŞ İdarə Heyətinin üzvü Vüqar Səfərli dövlət başçısının milli mətbuatının 135 illik yubileyinin keçirilməsi barədə sərəncamını ölkədə mediaya göstərilən diqqət və qayğının sistemli nümunələrindən biri kimi xarakterizə edib. Bunun daim prioritet təşkil etdiyini deyən icraçı direktor mövcud istiqamətdəki fəaliyyətin bariz nümunəsi kimi KİV-ə Dövlət Dəstəyi Fondunun formalaşdırılmasına diqqəti çəkib. V.Səfərli rəhbərlik etdiyi qurumun reallaşdırdığı işlərdən də ətraflı söhbət açıb.

 

MŞ İdarə Heyətinin üzvü, «Azərbaycan» qəzetinin baş redaktoru, millət vəkili Bəxtiyar Sadıqov bildirib ki, respublikanın bütün sahələrdə inkişafı, cəmiyyət həyatında baş verən yeniliklər mətbuat sahəsinə də sirayət etməkdədir. Ölkə prezidentinin son illər imzaladığı fərman və sərəncamların buna yönəldiyini vurğulayan B.Sadıqov mövcud prosesin mətbuat sahəsində saflaşmanı zəruriləşdirdiyini deyib. Millət vəkili həmçinin Mətbuat Şurasının son illər medianın təmiz adının bərqərarı istiqamətindəki işlərindən bəhs edərək kütləvi informasiya vasitələrinin cəmiyyət həyatına daha yaxından qoşulmasının qaçılmaz prosesə çevrildiyini önə çəkib.

 

MŞ İdarə Heyətinin üzvü, millət vəkili Aqil Abbas diqqəti media sahəsindəki çətinliklərə yönəldib. Qəzet və oxucu probleminə xüsusi diqqət yetirən A.Abbas məqsədyönlü tədbirlərin bu vəziyyətin aradan qaldırılmasına yönəlməsinin vacibliyini bildirib.

 

Çıxış edənlərdən «Şəmkir» qəzetinin redaktoru İlyas Qasımov, «Ağstafa» qəzetinin redaktoru İbrahim Əliyev, Göygöl rayon icra hakimiyyəti başçısının müavini Kamilə İbrahimova, Tovuz Rayon İcra Hakimiyyətinin şöbə müdiri Bəhruzər Rüstəmov, Kəlbəcər Rayon İcra Hakimiyyətinin şöbə müdiri Arif Ələsgərov, Qazax Rayon İcra Hakimiyyətinin şöbə müdiri Məhəmməd Orucov və başqaları ölkə prezidentinin mətbuatın 135 illik yubileyinin keçirilməsi ilə bağlı sərəncamını yüksək qiymətləndirərək bu kimi dövlət tədbirlərinin mediamızın inkişafında müstəsna rol oynadığını bildiriblər. Onlar Azərbaycan jurnalistikasının Həsən bəy Zərdabi ənənələrinə hər zaman daim sadiq qaldığını vurğulayaraq, bu sahədə neqativ tendensiyaların tezliklə sıradan çıxacağına əminliklərini vurğulayıblar.

  

Modern.az

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Müəllimlərin işə qəbulu üzrə onlayn müsahibələrin nəticələri açıqlandı 24 Fevral 2021, 20:57 “Ermənistanın müharibə zamanı muzdlu və terrorçulardan istifadə etməsi faktdır” – VİDEO 24 Fevral 2021, 20:44 Bölgələrə qar yağır - FAKTİKİ HAVA 24 Fevral 2021, 20:34 Ankarada Xocalı soyqırımına həsr olunan tədbir keçirildi - FOTO 24 Fevral 2021, 20:28 Yevlaxda zəncirvari qəza - xəsarət alanlar var 24 Fevral 2021, 20:15 Deputatdan Ermənistanın ittihamına cavab: “Saxlanılan 62 nəfər hərbi əsir deyil, terrorçudur” - VİDEO 24 Fevral 2021, 20:10 Sabah məktəblərdə dərs olacaq? - Nazirlikdən AÇIQLAMA 24 Fevral 2021, 20:04 Bişkek ictimaiyyəti dünya birliyini Xocalı soyqırımına obyektiv qiymət verməyə çağırıb 24 Fevral 2021, 20:00 Ceyhun Bayramov Aİ-nin komissarı ilə telefonla danışdı 24 Fevral 2021, 19:55 Gürcüstanın yeni Baş naziri Azərbaycana dəvət olundu 24 Fevral 2021, 19:47 FHN vətəndaşları qaydalara əməl etməyə çağırdı - VİDEO 24 Fevral 2021, 19:40 İtaliyanın Liveri bələdiyyəsi Xocalı soyqırımını pisləyən sənəd qəbul etdi 24 Fevral 2021, 19:32 Azay Quliyev: “Biz ATƏT PA-nın dialoq təklifini dəstəkləyirik” - VİDEO 24 Fevral 2021, 19:24 Ceyhun Bayramov Ukrayna xarici işlər nazirinin müavini ilə görüşüb - FOTO 24 Fevral 2021, 19:16 Ağdaşda ev YANDI 24 Fevral 2021, 19:08 Bu tarixdən Kiyevdən Bakıya uçuşlar bərpa olunacaq 24 Fevral 2021, 19:00 Əfv Komissiyası bu gün 150-dən çox müraciətə baxdı 24 Fevral 2021, 18:52 Polis köməksiz qalan sürücü və sərnişinlərə kömək etdi - FOTO 24 Fevral 2021, 18:44 Bazeldə Xocalı soyqırımı ilə bağlı tədbir keçirilib 24 Fevral 2021, 18:36 Xəzərdə dalğanın hündürlüyü 5.4 metrə çatıb - Faktiki hava 24 Fevral 2021, 18:28 Bakıda yıxılıb xəsarət alanlar sayı 39-a çatdı - YENİLƏNİB 24 Fevral 2021, 18:20 Dövlət agentliyi 31 obyektdə pozuntular aşkarladı - SİYAHI 24 Fevral 2021, 18:12 Hikmət Hacıyev Ukrayna xarici işlər nazirinin müavini ilə görüşdü 24 Fevral 2021, 18:04 ABŞ-da Xocalı soyqırımına həsr olunmuş televiziya verilişi yayımlanıb - VİDEO 24 Fevral 2021, 17:58 Xocalı qatilləri gec-tez cavab verəcəklər 24 Fevral 2021, 17:52 “Bakıya bir ayın yağıntısı bir gündə yağdı” - Nazirlik 24 Fevral 2021, 17:46 Diaspor təşkilatı Norveç hökumətini Xocalı soyqırımını tanımağa çağırıb 24 Fevral 2021, 17:40 Paşinyan “yallını” qonşularla əməkdaşlığa dəyişmək istəyir - ŞƏRH 24 Fevral 2021, 17:34 Media sahəsində zəruri islahatlar-hardan başlamalı?  24 Fevral 2021, 17:29 Axşama doğru yollardakı vəziyyət 24 Fevral 2021, 17:24 Qaz kartında vəsaiti bitənlərin NƏZƏRİNƏ 24 Fevral 2021, 17:18 Ermənistan prezidenti Rüstəm Muradovla Qarabağı MÜZAKİRƏ ETDİ 24 Fevral 2021, 17:13 “O torpaqlarda həyat bulaq kimi qaynayacaq” - Lerik sakinləri 24 Fevral 2021, 17:07 Stokholmda "Xocalıya ədalət!" plakatları yerləşdirilib - FOTO 24 Fevral 2021, 17:02 CBC TV-nin avtomobili aşdı - FOTO 24 Fevral 2021, 16:56