Modern.az

İsti havalarda suyu necə içməli?

İsti havalarda suyu necə içməli?

29 İyul 2010, 13:21

İsti havalarda insanların suya tələbatı artır. Bəziləri sərinləmək üçün soyuq, digərləri  buzlu su içir, dondurma yeyirlər. Amma soyuq su tərləməyi daha da artırır. Mütəxəssislər isə deyirlkər ki, istidən qorunmaq üçün ilıq su soyuq sudan daha yaxşıdır. İstilərdə suyu necə içmək lazım olduğunu bilirsinizmi? İstanbul Universitetinin professoru Ağıllı Karagüllə isti havada suyu necə içməyin yollarını belə izah edib:

1.İliq su için. Çünki mədənin istilik dərəcəsi 38 dərəcədir. İstilərdə sərinləmək üçün buzlu su içildiyində onu isitmək üçün mədənin istiliyi yüksəlir və bu, bir müddət sonra orqanizmə tərləmə gətirir. İlıq su içmək isə daha yaxşı olar. Təklifimiz odur ki, orqanizmi 24, hətta 28 dərəcə suyu içməyə vərdiş etdirəsən. İsti bölgə insanları bu ritmə vərdişkardır və heç bir zaman soyuq su içməzlər”.

 2. Gündə 20 stəkan su için. Biz normalda hər kəsə 2.5 litr su təklif edirik, təxminən 10 stəkan. Amma istilərdə fiziki əməklə məşğul olanlara gündəlik 4.5 litr  məsləhətlidir. Bu da 20 stəkana bərabərdir.

3. Mineral sular için. Mineral su daha faydalıdır. Gündəlik içilən suyun heç olmasa bir litri mütləq mineral su olsun ki, istilər nəticəsində bədəndən tərlə azalan mineralları bərpa etmək olsun. 

4. Meyvə və tərəvəz yeyin. Yay istilərində susuzluğu bəzi meyvələrlə də yatırtmaq olar. Bu, qarpız, xiyar xüsusilə daha yaxşı olar. Modern.az

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub