Arxiv
20 Noyabr 2021, 10:43 | ÖLKƏ
Qarakənd faciəsinin ildönümü - Həlak olanların ruhu ŞADDIR!


Bu gün - 20 noyabr hadisələrinin, Qarakənd faciəsinin növbəti ildönümüdür.

 

Modern.az xəbər verir ki, 30 il sonra ilk dəfə faciədə həlak olan qəhrəmanlarımızı Qalib ölkənin vətəndaşları, onların qisası alınmış şəkildə anırıq.

 

1991-ci il noyabrın 20-də Xocavənd rayonunun Qarakənd kəndinin yaxınlığında Azərbaycana məxsus “Mi-8” hərbi vertolyotu erməni silahlı quldurları tərəfindən vurulub.



20 noyabr faciəsi nəticəsində Azərbaycanın bir sıra dövlət məmurları, millət vəkilləri həlak oldular. Çox maraqlıdır ki, Rusiyadan olan generallar faciə qurbanları arasında yox idi. Halbuki,  həmin vaxt Azərbaycanın yüksək rütbəli məmurları ilə birgə onlar da vertolyotda olublar. Hadisədən bir neçə gün keçəndən sonra həqiqəti bilmək üçün vertolyotdakı qara qutunu Rusiyaya göndərdilər. Ancaq qara qutudan heç bir səs-soraq çıxmadı…

 



Əvvəl rəsmi variant səsləndi: vertolyot dumanlı havada qayalara çırpılıb. Amma onun vurulduğunu bir neçə gün sonra etiraf etdilər. Bütün şübhələri aradan qaldırmağa və “Mi-8”i vuran raketin erməni mövqelərindən çıxdığını elan etməyə isə bizə bir neçə il lazım oldu. Lakin “Mi-8”in son uçuş tarixində həddindən artıq çox "ağ ləkələr" var.



İndiyə qədər hələ də məlum deyil ki, niyə içində dövlət katibi, daxili işlər naziri, baş prokuror, prezidentin mətbuat katibi və bir çox məsul şəxslər olan, hərbi əməliyyat zonası üzərindən uçan “Mi-8”i silahlı mühafizə vertolyotu müşayiət etmirdi?
Niyə onların hamısı bir vertolyotda idi?
Bütün bunlar mümkün və qeyri-mümkün təhlükəsizlik qaydalarına ziddir.

 

1991-ci il noyabrın 20-də “Mi-8” hərbi vertolyotunda həlak olanlar:



Tofiq Kazım oğlu İsmayılov – dövlət katibi;


İsmət İsmayıl oğlu Qayıbov – Baş prokuror;


Məhəmməd Nəbi oğlu Əsədov – dövlət müşaviri;


Zülfi Saleh oğlu Hacıyev – Baş nazirin müavini;


Vaqif Cəfər oğlu Cəfərov – millət vəkili;


Vəli Hüsyn oğlu Məmmədov – millət vəkili;


Osman Mirzə Hüseyn oğlu Mirzəyev – Prezident Aparatında şöbə müdiri;


Qurban Hüseyn oğlu Namazəliyev – nazir müavini;


İqor Aleksandiroviç Plaviski – DQMB-nin prokuroru;


Vladimir Vladimiroviç Kovalyov - DQMB-nin Daxili İşlər İdarəsinin rəisi;


Sergey Semyonoviç İvanov – Dağlıq Qarabağ üzrə milli təhlükəsizlik şöbəsinin rəisi;


Nikolay Vladimiroviç Jinkin – fövqəladə vəziyyət rayonunun komendantı;


Sanlal Dasumoviç Serikov – Qazaxıstan daxili işlər nazirinin müavini;


Mixail Dmitriyeviç Lukaşov – milis general-mayoru;


Oleq Nikoloyeviç Koçerev – polkovnik-leytenant;
Rafiq Məmməd oğlu Məmmədov – dövlət katibinin köməkçisi;


Alı Mustafa oğlu Mustafayev – telejurnalist;


Arif İsmayıl oğlu Hüseynzadə - AzTV-də işıqçı;


Fəxrəddin İbrahim oğlu Şahbazov – video-operator;


Vyaçeslav Vladimiroviç Kotov – vertolyot heyətinin komandiri;


Gennadi Vladimiroviç Domov - vertolyot heyətinin üzvü;


Dmitri Borisoviç.

 

 

Yarovenko –vertolyot heyətinin üzvü.

 

Artıq onların ruhu şaddır!

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bu gün "Qızıl top" mükafatının qalibi bəlli olacaq 29 Noyabr 2021, 08:31 Bu günün hava PROQNOZU 29 Noyabr 2021, 08:24 “Brent” neft BAHALAŞDI 29 Noyabr 2021, 08:12 İsrail sərhədləri bağlayır 29 Noyabr 2021, 08:07 “Omikron”un daha yoluxucu olması ilə bağlı sübutlar YOXDUR 29 Noyabr 2021, 00:50 Bayden və Putin ilin sonuna qədər danışa bilər 29 Noyabr 2021, 00:42 Polşada Nizami Gəncəvinin 880 illiyi qeyd edildi 29 Noyabr 2021, 00:22 Əliyev Aşqabadda nəyə nail oldu? 29 Noyabr 2021, 00:04 Tovuzda ölümlə nəticələn ağır qəza 28 Noyabr 2021, 23:55 Spiker Ərəb Parlamentinin sədri ilə görüşdü 28 Noyabr 2021, 23:32 Sahibə Qafarova pakistanlı həmkarı ilə GÖRÜŞDÜ 28 Noyabr 2021, 23:18 Taliban avropalı diplomatlarla danışıqlar apardı 28 Noyabr 2021, 22:50 Deputatlar Qırğızıstan seçkilərini İZLƏDİLƏR 28 Noyabr 2021, 22:32 “Omikron”u öyrənmək üç həftə vaxt alacaq 28 Noyabr 2021, 22:08 Prezidentin Türkmənistana səfəri başa çatdı 28 Noyabr 2021, 21:47 Azərbaycan və Tacikistan Prezidentləri arasında görüş - YENİLƏNİB 28 Noyabr 2021, 21:44 İlham Əliyev və Ərdoğan görüşdü - YENİLƏNİB 28 Noyabr 2021, 21:35 İlham Əliyev və Rəisi arasında Zəngəzur dəhlizi müzakirəsi 28 Noyabr 2021, 21:30 Rəisi Qarabağdan DANIŞDI 28 Noyabr 2021, 21:24 Türkiyədə koronavirusla bağlı son vəziyyət 28 Noyabr 2021, 21:16 İlham Əliyev və Rəisi görüşdü - YENİLƏNİB 28 Noyabr 2021, 21:00 "Omikron" bu dəfə Danimarkada 28 Noyabr 2021, 20:56 Çexiyada yeni hökumət rəhbəri 28 Noyabr 2021, 20:44 “Qalatasaray”ın sabiq prezidenti vəfat etdi 28 Noyabr 2021, 20:16 Qırğızıstan seçkilərinin ilkin nəticələri 28 Noyabr 2021, 19:52 İran, Azərbaycan və Türkmənistan arasında qaz MÜQAVİLƏSİ 28 Noyabr 2021, 19:45 "Region ölkələri ilə ticarətin inkişafı prioritetidir" - Rəisi 28 Noyabr 2021, 19:25 Ərdoğan Zəngəzur dəhlizindən DANIŞDI 28 Noyabr 2021, 19:11 Tehranın hədəfi 28 Noyabr 2021, 18:45 Rusiyadan "Omicron"la bağlı təkzib - YENİLƏNİB 28 Noyabr 2021, 18:39 Peru silkələndi 28 Noyabr 2021, 18:32 "Zirə" qalib gəldi 28 Noyabr 2021, 18:18 Hökumətlərarası komissiyanın iclası keçiriləcək 28 Noyabr 2021, 18:02 Poroşenko: "Belarus tələ qurub" 28 Noyabr 2021, 17:58 Finalçı gimnastlar müəyyənləşdi 28 Noyabr 2021, 17:50
SORĞU Kommunal xərciniz ən çox hansı xidmətə gedir?