Modern.az

Gürcü siyasi opponentlər canlı efirdə dalaşdılar - VİDEO

Gürcü siyasi opponentlər canlı efirdə dalaşdılar - VİDEO

1 Dekabr 2014, 17:00


Gürcüstanın “Trialeti” regional telekanalında Avrasiya Birliyinə yaxınlaşma tərəfdarı olan qonaqlarla bunun əleyhinə çıxanlar arasında canlı efirdə dava baş verib. Modern.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, “İkinci İrakli” cəmiyyətinin sədri, “Avrasiya seçimi – Gürcüstan” koalisiyasının lideri Arçil Çkoidze çıxış edən zaman ölkədə fəaliyyət göstərən “Apriori” QHT-nin sədri onu vurmaq istəyib. Lakin Çkoidzenin tərəfdarları hücum edən şəxsi yerə yıxaraq onu zərərsizləşdiriblər.

İnsident baş verməzdən öncə Çkoidze Rusiya ilə dialoq qurmağın tərəfdarı kimi çıxış edib. O, sabiq prezident Mixail Saakaşvilininin fəaliyyətini də tənqid edib.

“Siz nə vaxtsda eşitmisinizmi ki, bütün Gürcüstanın partiarxı Rusiyanı işğalçı adlandırsın. Yadınıza salın, necə katolikos Rusiyaya getmişdi... onlarla danışmışdı və sonra ruslar Perevi kəndini tərk etmişdilər. Sonra Saakaşvili gəldi və öz konsertləri, bayraqları ilə Perevinin üzərinə getdi. Və ora yenidən rus qoşunları geri döndü. Ona görə Gürcüstanın patriarxına imkan verək ki, dialoq aparsın. Nə “Gücrü arzusu”, nə də ...”, - deyə Çkoidzenin çıxışı yarımçıq qalıb.

Bu sözlərindən sonra “sən Rusiyanın agentisən”, – deyə “Apriori” təşkilatının nümayəndəsi onun üzərinə hücum edib. Çkeizdenin “yəqin Saakaşvili sənə 20 lari pul verib” söyləməsindən sonra onun opponenti daha da qəzəblənib. Lakin studiyadakılar davanın böyüməsinə imkan verməyiblər.



Modern.az
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi