Modern.az

Boris Nemtsovun sevgilisi istintaq sirrini açıqlamayacaq

Boris Nemtsovun sevgilisi istintaq sirrini açıqlamayacaq

3 Mart 2015, 13:13


Boris Nemtsov qətlinin əsas şahidi olan ukraynalı model Anna Duritskaya istintaqın gedişi ilə bağlı məlumatların gizli saxlanılması barədə yazılı iltizama qol çəkib. Modern.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiyanın İstintaq Komitəsinin rəsmi nümayəndəsi Vladimir Markin deyib. O əlavə edib ki, Duritskaya bundan sonra da istintaqla əməkdaşlıq edəcəyinə söz verib:

“Anna Duritskaya ifadə verdiyi protokol sənədlərinə qol çəkməklə bərabər, istintaq sirrinin yayılmaması barədə də öhdəlik götürüb. O, Boris Nemtsovun ölümündə əsas şahid olmaqla bərabər, həm də hadisələri birbaşa müşahidə edib. Ona görə də onun istintaq üçün nə qədər önəmli bir şahid olduğunu deməyə ehtiyac yoxdur”.

Boris Nemtsov fevralın 27-si gecə saatlarında Moskvada- Kremlin 200 metrliyində muzdu qatil tərəfindən qətlə yetirilib. O, bu gün torpağa tapşırılacaq.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putinlə görüşə gedir