Arxiv
8 Aprel 2015, 10:27 | AKTUAL
Sərkisyan bunu icazəsiz etsə, Putin QƏZƏBLƏNƏCƏK

“İrana qarşı sanksiyaların aradan qaldırılmasından sonra mən rəsmi Tehranın Cənubi Qafqazda hər hansı fəallıq göstərəcəyini gözləmirəm. İndiki şəraitdə geosiyasi aktivlik  baxımından İranın Cənubi Qafqazda rolu böyük deyil. Çünki Cənubi Qafqaz İranın maraq dairəsinə daxil deyil”.

Modern.az-ın məlumatına görə bunu Rusiya Dövlət Dumasının keçmiş deputatı, Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri Sergey Markov deyib.

Ekspert İran qazının Ermənistan vasitəsi ilə Avropa bazarlarına çıxarılması ilə bağlı səslənən fikirlərə də münasibət bildirib. Onun sözlərinə görə enerji məsələləri ilə bağlı müqavilələr Rusiyanın iştirakı olmadan həyata keçiriləcəksə, bu zaman Kreml proseslərə qarşı çıxacaq. Rusiyanın Ermənistana çox ciddi şəkildə yardım etdiyini xatırladan politoloq bildirib ki, rəsmi Yerevan özünün geosiyasi məsələlərinin həllində Moskvanın da maraqlarını nəzərə almalıdır. 

“Əgər Ermənistan Rusiyanın maraqlarını nəzərə almadan İranla qaz sahəsində hər hansı razılıq əldə etsə, bu rus-erməni münasibətlərini təhlükə altına qoyacaq”, -deyə o söyləyib.  

Sergey Markov Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttindəki gərginliyi də şərh edib. Analitikin fikrincə, cəbhə xəttindəki gərginlik bölgədə genişmiqyaslı müharibənin başlanması təhlükəsini yaratmır. 

“Genişmiqyaslı müharibə həm Azərbaycan, həm də Ermənistanda ciddi iqtisadi problemlər yarada bilər. Buna görə də genişmiqyaslı müharibə ehtimalını görmürəm”.  

Politoloq hesab edir ki, Fransa son zamanlar müstəqil xarici siyasət yürüdə bilmədiyindən, bu, onun ATƏT-in Minsk qrupundakı həmsədrlik fəaliyyətini də sual altına qoyur: “Fransa diplomatiyası indi ABŞ-dan daha çox asılıdır. Bütün bunlar ona gətirib çıxara bilər ki, Fransa ATƏT-in Minsk qrupundan çıxardılsın”.

Qeyd edək ki, İsveçrənin Lozanna şəhərində “altılıq” ölkələri ilə (BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü + Almaniya) İran arasında əldə edilən nüvə razılaşmasından sonra bölgədə müsbət tendensiyaların inkişaf edəcəyi haqqında rəylər verilir.

 

Aqşin Kərimov  


BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bakıda bacı və qardaş bıçaqlanıblar 9 Dekabr 2019, 08:20 Qızıl mədənində 4 fəhlə öldü 9 Dekabr 2019, 00:54 İtalyan nəşri Bakı aeroportundan yazdı 9 Dekabr 2019, 00:39 Qanunsuz yolla qaçmaq istəyən miqrantlar saxlanılıb 9 Dekabr 2019, 00:19 İş yerlərində bu qaydalara əməl edilməlidir - AGENTLİK 8 Dekabr 2019, 23:57 Tovuzda iki qadın dəm qazından zəhərləndi 8 Dekabr 2019, 23:34 Bakıda sürücü vurduğu lal piyadanı naməlum istiqamətə aparıb 8 Dekabr 2019, 23:15 Ukraynada sabiq prezidentə yumurta atdılar - VİDEO 8 Dekabr 2019, 22:50 SEPAH-ın düşərgəsi bombalandı: ölən və yaralanan var 8 Dekabr 2019, 22:32 Məktəb direktorunun qızı Bakıda özünü binadan atdı 8 Dekabr 2019, 22:13 İraqda saxlanılan 2,6 min etirazçı azadlığa çıxdı 8 Dekabr 2019, 21:46 Lənkəranda 3 bal gücündə zəlzələ oldu 8 Dekabr 2019, 21:35 Hava limanı yolunda ağır qəza tıxaca səbəb oldu 8 Dekabr 2019, 21:02 Dövlət satınalmalarında  ciddi islahatlara ehtiyac var 8 Dekabr 2019, 20:49 ABŞ-la İran saxladıqları girovları dəyişdirdi - FOTO 8 Dekabr 2019, 20:32 Bakıda 36 yaşlı kişi mənzilində ölü tapıldı 8 Dekabr 2019, 20:16 Sürücülərə XƏBƏRDARLIQ: bu yollarda sürət həddi endirildi 8 Dekabr 2019, 20:01 Litvada idman təyyarəsi qəzaya uğrayıb 8 Dekabr 2019, 19:31 Keniyada ölənlərin sayı 7-yə çatdı 8 Dekabr 2019, 19:26 Daşqınlar zamanı 22 nəfər ölüb 8 Dekabr 2019, 19:00 Beynəlxalq Avtovağzal yaxınlığında avtomobil yanır 8 Dekabr 2019, 18:30 Valideynləri azyaşlı uşaqlara işgəncə verib - FOTOLAR 8 Dekabr 2019, 17:48 Astarada ev yanıb, 57 yaşlı kişinin yanmış meyiti tapılıb 8 Dekabr 2019, 17:36 Aftandil Hacıyev: "10 oyun qalib gəlməmək böyük problem deyil" 8 Dekabr 2019, 17:31 Qusarda 15 yaşlı qız dəm qazından zəhərlənərək ölüb 8 Dekabr 2019, 17:17 İranda 15 min 618 deputatlığa namizəd qeydə alınıb 8 Dekabr 2019, 16:44 Azərbaycan ağırlıqqaldıranı ikinci dəfə Avropa çempionu olub 8 Dekabr 2019, 16:08 Həmkarı Yevda Abramovdan yazdı 8 Dekabr 2019, 16:02 Azərbaycan taekvondoçuları Avropa birinciliyində 7 medal qazanıb 8 Dekabr 2019, 15:33 Yevda Abramov dəfn olundu - YENİLƏNİB - FOTOLAR 8 Dekabr 2019, 15:09 Azərbaycan XİN Ukrayna xalqına başsağlığı verib 8 Dekabr 2019, 14:57 Messi tarix yazmağa davam edir - YENİ REKORD 8 Dekabr 2019, 14:44 Ukraynada matəm elan olunub 8 Dekabr 2019, 14:18 Elçibəyin nəvəsinin yeni FOTOSU  8 Dekabr 2019, 14:06 "Sədərək" Ticarət Mərkəzində avtobus və minik avtomobili toqquşub 8 Dekabr 2019, 13:34
SORĞU Azərbaycan TV-lərində bu verilişlərdən ən çox hansına baxırsınız?