Modern.az

Rəsul Cəfərova hökm oxundu - 6 il 6 ay

Rəsul Cəfərova hökm oxundu - 6 il 6 ay

Təhsil

16 Aprel 2015, 12:14


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rəsul Cəfərova hökm oxunub.Bu barədə Modern.az-a Rəsul Cəfərovun vəkili Fariz Namazlı məlumat verib. 

O bildirib ki, hakim Eldar İsmayılovun sədrlik etdiyi prosesdə Rəsul Cəfərov 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Fariz Namazlı onu da əlavə edib ki, qərardan Bakı Apelyasiya Məhkəməsinə şikayət ediləcək.

İnsan Hüquqları Klubunun rəhbəri olan Rəsul Cəfərov 2014-cü ildə avqustun 2-də həbs edilib. İstintaqı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi aparıb.

Əvvəl Rəsul Cəfərova qanunsuz sahibkarlıq, vergidən yayınma və vəzifə səlahiyyətlərini aşma ittihamları irəli sürülüb.

Sonra onun işinə mənimsəmə və israf etmə və vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə (nüfuz alveri) ittihamları da əlavə olunub. “Amnesty International” təşkilatı onu vicdan məhbusu kimi tanıyıb.

Yeganə Oqtayqızı


Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü