Modern.az

Zəki Alasyanın vəsiyyət etdiyi filmin adı məlum oldu

Zəki Alasyanın vəsiyyət etdiyi filmin adı məlum oldu

Təhsil

13 May 2015, 16:22


Bir neçə gün öncə dünyasını dəyişən Türkiyənin məşhur aktyoru Zəki Alasya dostlarına bir filmi tamamlamağı vəsiyyət edib. Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, əslən Kiprdən olan aktyor Kiprdə bir türklə yunanın sevgisindən bəhs edən “Maraj” filmi çəkmək istəyib. Hətta bununla əlaqədar Şimali Kiprin o zamankı lideri Rauf Denktaşla da razılığa gəlib. Lakin sonradan yaşanan bir sıra uğursuzluqlar bu filmin çəkilməsinə imkan verməyib.

Zəki Alasya sağlığında yerli mətbuata müsahibəsində bu haqda danışıb:

“Mən bir film çəkmək istəyirdim. Amma alınmadı. Adada Maraş deyilən qapalı bir ərazi var. Həmin ərazi bomboşdur. Binalar yıxılıb, içərisində siçanlar gəzişir. Mən də bir türk oğlu ilə yunan qızının bir-birinə aşiq olduqdan sonra Maraşa qaçaraq orada xarabalıqlar içərisində bir yuva qurmalarını təsvir edəcəkdim”.

Ünlü aktyor ölümünə az qalmış həmin filmi ekranlaşdırmağı dostlarından xahiş edib.

Elmin NURİ

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü