Modern.az

Daha bir jurnalistin deputatlığa namizdəliyi qeydə alınıb

Daha bir jurnalistin deputatlığa namizdəliyi qeydə alınıb

4 Oktyabr 2010, 17:58

"Bu gün 94 saylı Bərdə kənd seçki dairəsinin Dairə Seçki Komissiyası jurnalist Taleh Şahsuvarlının deputatlığa namizəd kimi qeydə alınması barədə qərar qəbul edib və ona deputatlığa namizəd vəsiqəsi təqdim edib"- bu barədə Modern.az saytına onun özü məlumat verib.

Deputatlığa namizədin səlahiyətli nümayəndəsi Xosrov Musayevin sözlərinə görə, Seçki Məcəlləsinin 60-cı maddəsinə əsasən müfaviq seçki komissiyası imza vərəqələrini və  digər sənədləri qəbul etdikdən sonra 7 gün ərzində namizədin qeydə alınıb-alınmaması barədə əsaslandırılmış qərar qəbul etməlidir. Odur ki, Seçki Komissiyası Seçki Məcəlləsinin 58, 60 və 148 maddələrini əsas tutaraq öz təşəbbüsü ilə namizədliyini irəli sürmüş Şahsuvarov Taleh Novruz oğlunu 2010-cu ilin 7 noyabrına təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə namizəd kimi qeydə alınması barədə qərar qəbul etdi.

Bu qərarla seçki kampaniyasının mühim bir mərhələsinin arxada qaldığını söyləyən Səlahiyyətli Nümayəndə Taleh Şahsuvarlının təşviqat dönəminə ciddi hazırlaşdığını vurğuladı: "Bizim seçicilərə deməyə çox sözümüz var. Çalışacağıq ki, sonda kimə səs verməsindən asılı olmayaraq hər bir seçici bizi heç olmazsa, bir dəfə dinləsin".

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub