Modern.az

Prokurorluqda işləmək istəyənlər oktyabrın 27-də imtahan verəcəklər

Prokurorluqda işləmək istəyənlər oktyabrın 27-də imtahan verəcəklər

Ölkə

15 Oktyabr 2009, 11:19

Respublika Baş Prokurorluğunun prokurorluq orqanlarında işləmək arzusunda olan şəxslər üçün 80 ştat vahidi üzrə elan etdiyi müsabiqə sona yaxınlaşır.
Modern.az Baş Prokurorluğun mətbuat xidmətinə istinadən xəbər verir ki, prokurorluq orqanlarına işə qəbulla bağlı sənədlərini təqdim etmiş 545 namizəd üçün test imtahanı oktyabrın 27-də saat 10.00-da Azərbaycan Texniki Universitetinin "İdman Sarayı"nda keçiriləcək.
Namizədlər sənədlərin qəbulu barədə qəbzi və şəxsiyyət vəsiqəsini təqdim etməklə test imtahanlarının suallar toplusunu oktyabrın 20-dən etibarən Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının yerləşdiyi inzibati binadan ala bilərlər.
İmtahanın keçiriləcəyi ünvan və vaxt barədə məlumatlar "Test imtahanına buraxılış vərəqəsi"ndə, imtahanın keçirilməsi qaydaları isə "Yaddaş kitabçası"nda əks etdiriləcək.
İmtahana buraxılmış namizədlər "Yaddaş kitabçası"nı və "Test imtahanına buraxılış vərəqəsi"ni oktyabrın 22-24-də saat 9.15-dən 18.00-dək Baş Prokurorluğun inzibati binasındakı qəbul otağında şəxsiyyət vəsiqəsini və sənədlərin qəbulu barədə qəbzi təqdim etməklə ala bilərlər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir