Modern.az

Polşadan Ukraynaya torpaq iddiası

Polşadan Ukraynaya torpaq iddiası

Dünya

21 Oktyabr 2015, 21:53

Dövlət kanalı TVP1-də yayımlanan bir proqrama qatılan Polşa prezidenti Andrey Duda Ukraynaya qarşı şok iddia ilə çıxış edib. Modern.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, o, ölkəsinin vətəndaşlarını Ukraynanın zülüm və aşağılanmalarına məruz qalan soydaşlarının yaşadığı keçmiş Polşa torpaqlarını geri qaytarmaq üçün müharibəyə hazır olmağa çağırıb: “Əgər müasir Ukrayna  SSCB-nin hərəkətlərini qınayırsa, o zaman 1939-cu ilə qədər Polşaya aid olan torpaqları da könüllü olaraq geri verməlidir”.

Duda Lvov, Ternopol, İvanovo-Frankovsk, Volın və Rovno adlanan və İkinci Dünya Müharibəsi ərəfəsində Polesya, Galiçya ve Volini adlarını daşıyan bölgələri geri ala bilmək üçün işə başladıqlarını açıqlayaraq Polşa xalqından dəstək istəyib.

Polşa lideri deyib:  “Hər vətəndaşımız üzərində çox sayda polşalının yaşadığı və müdafiəmizə ehtiyac duyan torpaqlarımızı geri almaq üçün müharibəyə hazırlıqlı olmalıdır”.

Duda əlavə edib ki, indiki Ukrayna rəhbərliyi SSRİ üzündən əzablar çəkdiklərini söyləyir, amma eyni zamanda sovet işğalı sayəsində qazandığı torpaqları geri qaytarmaq istəklərini demirlər. 

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir