Arxiv
26 Noyabr 2010, 11:55 | PARLAMENT
Sabir Rüstəmxanlı: “ VHP ana müxalifət kimi bizi ittiham edənlərin mövqeyini parlamentdə səsləndirəcək"

Mərkəzi Seçki Komissiyasının açıqladığı nəticəyə əsasən, 2010-cu il parlament seçkilərində Sabir Rüstəmxanlının rəhbərlik etdiyi Vətəndaş Həmrəyliyi Partiyası (VHP) parlamentdə Yeni Azərbaycan Partiyasından sonra ən çox mandat (3 mandat) qazanan partiya oldu. Beləliklə, parlamentdə bu partiya ana müxalifət rolunu oynayacaq.

Bəs VHP ana müxalifət kimi parlamentdə özünü necə aparacaq?

Məsələylə bağlı Modern.az-a açıqlama verən Sabir Rüstəmxanlının münasibəti belə olub: “Mən əslində ana müxalifət və nə bilim, ata müxalifət terminlərindən asılı olmayaraq illər uzunu parlamentdə həmişə öz sözümü demişəm. Vicdanımın səsi ilə millətimin durumuna, vəziyyətinə və mənim seçicilərimin mövqeyinə uyğun olaraq həmişə müxalifətçilik mövqeyimdə dayanmışam. Eyni zamanda bu müxalifətçilik həm də Azərbaycanın  taleyi məsələləri ilə sıx bağlı olub. Bundan sonra da həmin işimizi davam etdirəcəyik”.

Partiya sədri deyib ki, indi iş elə gətirib ki, VHP parlamentdə müxalifət düşərgəsində ən çox mandat alan partiyadır: “Bu məsələ dəfələrlə hallanır, biz hətta öz həmkarlarımızla söhbət etdik. Çalışacağıq ki, digər müxalifət partiyalarından olanlarla da müəyyən bir əməkdaşlıq quraq və parlamentdə doğuradan da Azərbaycan müxalifətinin səsi eşidilsin. Hətta bu gün bizim parlamentə getməyimizdən narazı olan və bizi ittiham edən müxalifət partiyaları var- bu onların öz fikirləridir - onların cəmiyyətlə bağlı tələblərini, onların mövqelərini də parlamentdə əks elətdirməyə çalışacağıq. Bu, çox vacibdir. Azərbaycan parlamenti bu cəmiyyətin bütün tələblərini, səsini əks elətdirən bir tribunaya çevrilməlidir. Bu təkcə qanunvericilik işi ilə bağlı deyil. Çox təəssüf ki, qanunlar bəzən icra olunmur, qanunlar işləmir. Təkcə qanunvericilik deyil, cəmiyyətimizin bütün problemləri  bizim parlamentdə  səsələnməlidir”.

Ana müxalifət partiası olaraq parlamentdə hər hansi fraksiya yaradacaqlarına gəlincə, deputat bildirib ki, onların “Demokratik blok”u var və parlamentdə bu blokda dörd nəfər təmsil olunur: “Ola bilsin ki, yenidən hər hansı bir blok yaradılsın. Bu, elə olmalıdır ki,  digər partiyaların mənafeyinə toxunmasın, onların xətrinə dəyməsin”.

S.Rüstəmxanlı onu da bildirib ki, azlığından, çoxluğundan asılı olmayaraq parlamentdə təmil olunan müxalifət partiyaları indikindən daha artıq diqqət görməlidirlər: “Milli Məclisin sədrinin bir müavini müxalifət düşərgəsindən olmalıdır və komitələrdən birinin və ikisinin sədrliyi müxalifətçilərə verilməlidir. Bu, cəmiyyətin bütün fikirlərinin Milli Məclisdə ciddi şəkildə səslənməsinə şərait yaradar və cəmiyyətdə əsl bir dialoq atmosferi formalaşdırar”.

Anar  RÜSTƏMOV

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Əfsanəvi astronom vəfat etdi 18 Sentyabr 2020, 21:14 Məhkumların müraciətləri dinlənildi 18 Sentyabr 2020, 20:58 Aeroport yolunda qəza sıxlıq yaratdı 18 Sentyabr 2020, 20:46 AQTİ laboratoriyalarında növbəti mediatur keçirilib 18 Sentyabr 2020, 20:36 “Azərenerji”nin işçisi bədbəxt hadisənin qurbanı oldu 18 Sentyabr 2020, 20:18 Ceyhun Bayramov Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad olunmasından danışdı 18 Sentyabr 2020, 20:04 DTX rəhbərliyi yüksək bal toplayan kursantlarla görüşdü 18 Sentyabr 2020, 19:34 Bakı metrosu yenidən bağlanır   18 Sentyabr 2020, 19:25 Məhkəmələrə ayrılan xidməti avtomobillərin sayı artırıldı - QƏRAR 18 Sentyabr 2020, 19:16 Bu il bir milyondan çox ağac əkiləcək 18 Sentyabr 2020, 19:07 “Qızılqum” sanatoriyasında müvəqqəti məskunlaşmış ailələrə yeni mənzillərə köçmək təklif olundu 18 Sentyabr 2020, 18:59 Bakıda tikiş sexi və ona bitişik anbarda YANĞIN 18 Sentyabr 2020, 18:50 Qaçqınlara BMT qarşısında çadır şəhərciyi salınır 18 Sentyabr 2020, 18:41 Səyyar “ASAN xidmət” davam edir 18 Sentyabr 2020, 18:33 Müəllimlərin əlavə yerləşdirmə mərhələsi başladı 18 Sentyabr 2020, 18:24 Ceyhun Bayramov və Avropa İttifaqının komissarı müzakirə apardılar 18 Sentyabr 2020, 18:15 XIX əsrin bəxş etdiyi 40 nəhəng 18 Sentyabr 2020, 18:06 Rezidenturaya qəbul imtahanı başa çatdı 18 Sentyabr 2020, 18:02 Məcburi köçkünlərin uçot və qeydiyyatı elektronlaşdırıldı 18 Sentyabr 2020, 17:56 Elman Paşayev vəkillik statusundan məhrum edildi 18 Sentyabr 2020, 17:50 YAP-çı deputatdan Tofiq Yaqublunun buraxılmasına REAKSİYA 18 Sentyabr 2020, 17:44 Qayınata və qayınananı öldürən kürəkən tutuldu 18 Sentyabr 2020, 17:41 Siyavuş Novruzov iclas keçirdi 18 Sentyabr 2020, 17:35 Dolların bu həftəyə olan məzənnəsi 18 Sentyabr 2020, 17:30 Nazir əmr verdi: Qızıl və gümüş medal alanların sayı... 18 Sentyabr 2020, 17:24 Tofiq Yaqublu aclıq aksiyasını dayandırdı - FOTO 18 Sentyabr 2020, 17:18 4 ay sonra sərt karantin rejimi qaytarıldı – İsraildə 18 Sentyabr 2020, 17:18 Məktəbəhazırlıqda qeydiyyatdan keçən uşaqların sayı açıqlandı 18 Sentyabr 2020, 17:16 Meşələrin qırılması ən çox bu rayonlardadır - SİYAHI 18 Sentyabr 2020, 17:10 Penitensiar Xidmətdən Tofiq Yaqublu ilə bağlı AÇIQLAMA 18 Sentyabr 2020, 17:05 Tramp Assancın əfv olunması üçün şərt İRƏLİ SÜRDÜ 18 Sentyabr 2020, 17:00 Süni tənəffüs aparatına qoşulan xəstələrin sayı azaldı 18 Sentyabr 2020, 16:54 Meşələrin qorunması polisə həvalə olunur? - Nazirlikdən cavab 18 Sentyabr 2020, 16:48 Azərbaycanda 21 meşəbəyi işdən çıxarılıb 18 Sentyabr 2020, 16:42 “Yüksəliş” müsabiqəsi vebinar təşkil edib  18 Sentyabr 2020, 16:37