Modern.az

Bakını qrip bürüyüb...

Bakını qrip bürüyüb...

Ölkə

27 Dekabr 2010, 13:01

Qış fəslinin az qala “oğlan çağı”na çatmışıq, amma havalar heç bu mövsümə görə deyil, sanki yaz istiləri keçir. Belə havalar isə insan orqanizminə təsirsiz ötüşmür. Qrip viruslarının yayılması üçün əsl münbit şərait var, o cümlədən də digər infeksion xəstəliklərin...
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun məlumatına görə, hələ qarşıdakı günlərdə də havalar isti keçəcək, qar gözlənilmir.

Mütəxəssislər qeyd edirlər ki, qışda belə havalar qripin yayılmasına güclü təsir edir. Bunu Səhiyyə Nazirliyinin baş infeksionisti, Milli Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru Namiq Əliyev də Modern.az-a acıqlamasında təsdiqləyib. Deyib ki. Insanlar ehtiyatlı olub özlərini qrip viruslarından qorumalıdırlar.

Həkim-terepeft İradə Hüseynovanın sözlərinə görə, hazırda gecə temperaturu ilə gündüz temperaturu arasında ciddi fərq var. “Belə hava şəraiti  insan orqanizmində  daxili istiliyin  tənziminə təsir edir. Güclü soyuqlama halları baş verə bilər”.
Qış aylarında orqanizmin immun sisteminin nisbətən aşağı düşdüyünü bildirən həkim deyir ki, normalda indiki hava soyuq olmalıdır. “Viruslar soyuq havada məhv olur. Mənfi temperatur olmadığı üçün soyuqlama halları da daha cox müşahidə olunur”. 
 İ. Hüseynova bildirib ki, düzgün qidalanma xəstəlikdən tez yaxa qurtarmağa kömək edə bilər. “Öskürək, yüksək temperatur, halsızlıq, burun axması halları ilə müşahidə olunan qrip zamanı  insanlar gündəlik qida rasionunda meyvə-tərəvəz və maye qəbulunu artırmalıdırlar”.
“Belə vaxtlarda bəzi insanlar xüsusilə diqqətli olmadırlar” deyən İradə Hüseynovanın sözlərinə görə, metrohəssas, arterial təziqi olan, şəkərli diabet xəstəliyindən əziyyət çəkən və əsab sistemi dəyişkən olan insanlara bu cür havalar daha çox təsir edir. Bundan əlavə xroniki xəstəlikləri olan insanlar, yaşlı və uşaqlara da belə havanın təsiri böyükdür.

 Səhiyyə Nazirliyinin baş infeksionisti Namiq Əliyev bildirib ki, hazırda Azərbaycanda qripin yaranma təhlükəsi yoxdur. “Kəskin virus mənşəli xəstəliklər hər il olduğu kimi bu il də var. Bu epidemiya deyil, qpiplə bağlı ayrı ayrı xəstəliklərdir”.

Amma müşahidələr göstərir ki, son vaxtlar Bakını qrip bürüyüb, az qala hər-4-5 nəfərdən biri əlində burun dəsmalı asqırır və ya ösgürür, burun axmasından əziyyət çəkir...

Sədaqət SÜLEYMANOVA

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı