Modern.az

“Azərbaycanda yalnız dağ rayonlarının kişiləri 80 yaşında ata ola bilirlər” - Seksopatoloq

“Azərbaycanda yalnız dağ rayonlarının kişiləri 80 yaşında ata ola bilirlər” - Seksopatoloq

Ölkə

30 Yanvar 2013, 11:44

Neçə illər öncə yaşlı insanlar arasında ata olanlara rast gəlmək mümkün idi. Lakin son dövrlər surətlə dəyişən cəmiyyətdə bunları müşahidə etmək olmur. Hətta regionlarda belə, bu hal müşahidə olunmur.

Androloq-seksopatoloq Həsən Səmədov Modern.az-a açıqlamasında bildirib ki, cinsi fəaliyyət insan həyatının bir hissəsidir və heç bir fərd özünü cinsi fəaliyyətsiz tam normal və psixoloji xoşbəxt hiss edə bilməz. Həkim cinsi əlaqə və cinsi fəaliyyətin insan üçün 2 əhəmiyyəti olduğunu deyib:
“Cinsi fəaliyyət və cinsi əlaqə canlıların və həmçinin insanın çoxalması, artması, öz nəslini davam etdirməsi üçün yaradılıb. Sosial olaraq insan cəmiyyəti, insan irqi inkişaf etdiyi üçün insan cinsi fəaliyyətdən, cinsi istəkdən, seksdən həzz almaq məqsədi ilə istifadə edir. Hər ikisi birlikdə və ayrılıqda insan həyatının ayrılmaz hissəsidir. Hər hansı səbəbdə 1-ci və ya 2-ci məsələlərdə problem olduqda bu insanın yaşam, sosial, psixoloji, fizioloji funksiyalarına və fəaliyyətinə təsir edir.
Tibdə belə bir deyim var ki, cinsi fəaliyyət insanların bütün bədən və orqanlarının fəaliyyətinin aynasıdır. Əgər bir kişi və ya bir qadın normal cinsi-seksual həyat tərzi yaşaya bilirsə, bunu demək olar ki, həmin insani üzvlər normal fəaliyyətdədir”.
H.Səmədov hər bir kişinin həyatında cinsi funksiyanın mühüm və əvəzedilməz rol oynadığını deyib. Onun sözlərinə görə, Azərbaycanda da 60-70 yaş arası insanlar var ki, onlarda ata olmaq qabiliyyəti hələ də var:

”Cinsi yetişgənlik kişilərdə 13-16 yaş arası baş verir. Bu zaman kişinin, oğlanın bütün fəaliyyətində və orqanlarında surətli dəyişikliklər gedir. Qasıq nahiyəsi, qoltuq altı və üzdə tük inkişafı başlayır. Kişi cinsiyyət üzvü, xayalar, prostat vəzi, toxum kisəcikləri böyüməyə başlayır. Xayalar qana çox miqdarda kişilik hormonu-testosteron ifraz etməyə başlayır. Kişidə əzələlər çiyin istiqamətinə inkişaf edir. 15-16 yaş arası kişilərdə sperma deyilən bioloji maye ifraz olunmağa başlayır. Bu kişinin cinsi həyatı boyu onun mayalandırma qabiliyyətinə və cinsi-seksual funksiyasının başlamasına səbəb olur. Kişilərdə (əgər hər hansı bir xəstəlik baş verməzsə) cinsi funksiya  45-55 yaş arası ləngiməyə zəifləməyə doğru enişə başlayır, sperma hüceyrələrinin əmələ gəlməsi dayanır. Bunun səbəbi xayalarda testosteron hormonu sintezinin təbii azalması olur. Amma bu 45-55 yaşdan sonra kişilərdə cinsi fəaliyyətin olmaması, impotensiya, ereksiyanın (penisin düzlənməsi) olmaması anlamına gəlməz. Bundan sonra da kişi öz cinsi həyatını davam etdirə bilir. Amma bütün bu anlar 98% insanlara aiddir. Bütün dünyada rast gəlinib ki, kişilər 65-70-80 yaş arasında olmasına baxmayaraq, mayalandırma qabiliyyəti və cinsi-seksual fəaliyyətini saxlayıb. Həmçinin Azərbaycanda da bu hallara tez tez rast gəlmək olur. Şəxsi praktikamda 60-70 yaş arası bir neçə xəstəm olub ki, onun sperma analizi hətta indiki dövrdə şəhər şəraitində yaşayan 25 yaşlı cavan oğlanın spermasından keyfiyyətlidir və mayalandırma qabiliyyəti yüksəkdir”.
Androloq-seksopatoloq bildirib ki, son dövrlər cəmiyyətin inkişafı, şəhərləşmə prosesləri insanın sosial həyatını xeyli dərəcə dəyişib.

“Belə ki şəhər əhalisində yuxarıda dediyimiz hallar çox az baş verir. Belə ki, texnoloji inkişaf olan şəhərlərdə, emaldan çox keçmiş qidalarla qidalanan və zərərli vərdişlərdən istifadə edən əhalidə erkən yaşlarda cinsi problemlər olur. Azərbaycanın dağ rayonlarında yaşayan əhalinin yaşlı nəslində hələ də bu hallar qalır və bu da sevindirici haldır. Çünki bu sağlamlığın göstəricisidir. Lakin ümumi saya və əvvəlki illərlə nisbətdə belə insanların sayı azalıb və azalmağa doğru gedir. Bu da o səbəbdəndir ki, artıq təbiət də insanın texnogen çirklənməsindən zara gəlib. Elə insanın bədəni də bunlardan əziyyət çəkir. İnsan bədəni də təbiətin bir parçasıdır. Çünki insan bədəni və ətraf mühit bir-biri ilə sıx bağlı sistemlərdir”.



Anar Kəlbiyev

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı