Modern.az

XTQ komandanına da general rütbəsi VERİLDİ

XTQ komandanına da general rütbəsi VERİLDİ

Ölkə

7 Noyabr 2024, 17:29

Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) komandanı Ələkbər Cahangirova general-mayor ali hərbi rütbəsi verilib.

Modern.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncama əsasən, polkovnik Ələkbər Məhəmməd oğlu Cahangirovun rütbəsi artırılaraq general-mayor olub.

Qeyd edək ki, Ələkbər Cahangirov Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin Komandanıdır. O, İkinci Qarabağ müharibəsinin iştirakçısı, Vətən Müharibəsi Qəhrəmanıdır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
“İsmayıl məqamı” filminin təqdimatı keçirilib