Modern.az

Azərbaycana qış gəldi... 

Azərbaycana qış gəldi... 

Ölkə

21 Dekabr 2024, 13:39

Bu gün saat 13:20:30-da Azərbaycana qış fəsli daxil olub.

Modern.az xəbər verir ki, bu zaman Yerin fırlanma oxu Günəş istiqaməti ilə ən böyük bucaq əmələ gətirib və ya Günəş həmin gün günorta üfüqdən minimum hündürlükdə (26⁰.2) olub.

Beləliklə, şimal yarımkürəsində qış, cənub yarımkürəsində isə yay fəsli başlayıb. Bu gün ilin ən qısa gündüzü (gündüzün uzunluğu 9 saat 17 dəq. 22 san) və ən uzun gecəsi (gecənin uzunluğu isə 14 saat 42 dəqiqə 38 saniyə) olur.

Qış fəslinin uzunluğu 88 gün 23 saat 40 dəqiqə 55 saniyə olacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin 100 minlik MUZDLU GÖNDƏRİR: Ermənistanda qan töküləcək