Modern.az

Azərbaycan Monteneqroya başsağlığı verdi

Azərbaycan Monteneqroya başsağlığı verdi

Ölkə

2 Yanvar 2025, 15:28

Azərbaycan Xarici İşlər Nazirliyi Monteneqroya başsağlığı verib.

Modern.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in sosial media hesabında paylaşım edilib.

"Monteneqronun Çetinye şəhərində onlarla insanın həlak olması və yaralanması ilə nəticələnən ölümcül hücum bizi dərindən kədərləndirir.

Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir və yaralananların tezliklə sağalmasını arzulayırıq", -paylaşımda qeyd edilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin 100 minlik MUZDLU GÖNDƏRİR: Ermənistanda qan töküləcək