Modern.az

Mehriban Əliyevadan Milad münasibətilə TƏBRİK

Mehriban Əliyevadan Milad münasibətilə TƏBRİK

Ölkə

6 Yanvar 2025, 21:02

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva Azərbaycanın bütün xristian icmasını müqəddəs Milad bayramı münasibətilə təbrik edib.

Modern.az xəbər verir ki, təbrikdə deyilir:

"Azərbaycanın bütün xristian icmasını müqəddəs Milad bayramı münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Bu əziz bayram günündə bütün xeyirxah niyyətlərinizlə həmrəy olduğumu bildirir, hər birinizə möhkəm cansağlığı, tükənməz sevgi, sevincli günlər və xoşbəxt gələcək arzulayıram! Uca Tanrı edilən bütün duaları qəbul etsin!".

 

Sizə yeni x var
Keçid et
Ukrayna aman vermir - Rusiya yenə bombalanır