Modern.az

Sahil Babayev vəzifəsindən azad edildi: maliyyə naziri TƏYİN OLUNDU

Sahil Babayev vəzifəsindən azad edildi: maliyyə naziri TƏYİN OLUNDU

Ölkə

6 Fevral 2025, 15:56

Sahil Babayev Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsindən azad edilib.

Modern.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.

Digər sərəncamla o, maliyyə naziri təyin edilib.

Qeyd edək ki, Sahil Babayev 7 il idi ki, əmək və əhalinin sosial müdafiəsi naziri işləyirdi.

O, 21 aprel 2018-ci il tarixindən əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsinə təyin edilmişdi. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Rusiyaya DƏHŞƏTLİ HÜCUM - Şəhərlər raketlərlə bombalanır