Modern.az

Bakıda metro stansiyalarına yeni adlar VERİLƏCƏK

Bakıda metro stansiyalarına yeni adlar VERİLƏCƏK

Ölkə

11 Fevral 2025, 16:14

“Konstitusiya və Suverenlik İli” ilə əlaqədar böyük şəhərlərdə prospekt, küçə, meydan və müvafiq ərazi vahidlərinə, metro stansiyalarına yeni adlar veriləcək.

Modern.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiqlənən "Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə bağlı Tədbirıər Planı"nda əksini tapıb.

Sərəncama əsasən, il ərzində “Konstitusiya və Suverenlik İli” ilə əlaqədar Azərbaycan Respublikasında adsız zirvələrə, Bakı şəhərində və digər böyük şəhərlərdə prospekt, küçə, meydan və müvafiq ərazi vahidlərinə, metro stansiyalarına yeni adların verilməsi təmin edilməlidir.

Bununla bağlı Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Nazirlər Kabineti, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Geodeziya və Kartoqrafiya Agentliyi, yerli icra hakimiyyəti orqanları, Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəlikləri, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi, Milli Məclisə tövsiyə olunub.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin 100 minlik MUZDLU GÖNDƏRİR: Ermənistanda qan töküləcək