Modern.az

Səfərov qardaşlarının nəşi Bakıya gətirildi - FOTO

Səfərov qardaşlarının nəşi Bakıya gətirildi - FOTO

Ölkə

30 İyun 2025, 20:34

Yekaterinburqda amansızlıqla qətlə yetirilən Ziyəddin və Hüseyn Səfərovların meyiti Azərbaycana gətirilib.

Modern.az xəbər verir ki, “Ural Hava Yolları” ilə gətirilən cənazələr bir az sonra yaxınlarına təhvil veriləcək.

***

19:58

Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən Yekaterinburq şəhərində amansızcasına qətlə yetirilən Hüseyn və Ziyəddin Səfərovların nəşi Azərbaycana gətirilir.

Modern.az-ın məlumatına görə, cənazələri daşıyan təyyarə tezliklə Bakıya enəcək.

Qeyd edək ki, iyunun 27-də səhər saatlarında OMON-çular Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqın edib. Basqın zamanı azərbaycanlı Səfərov qardaşları öldürülüb, bir neçə nəfər saxlanılıb.

Öldürülən azərbaycanlılar tanınmış jurnalist, ədəbiyyatşünas Seyfəddin Hüseynlinin qardaşlarıdır.

Sizə yeni x var
Keçid et
Putin SSRİ üçün ƏMR VERDİ - Bakını gözləyən təhlükə