Modern.az

Hikmət Hacıyev Bakıda Polşa rəsmiləri ilə görüşdü

Hikmət Hacıyev Bakıda Polşa rəsmiləri ilə görüşdü

Ölkə

7 May 2026, 15:40

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Polşanın Nazirlər Şurasının üzvü, Xüsusi Xidmət orqanlarının koordinatoru Tomaş Simonyakla görüşüb.

Modern.az xəbər verir, bu barədə Tomaş Simonyak “X” hesabında paylaşım edib.

Polşa rəsmisi Hikmət Hacıyevlə ikitərəfli münasibətlər - xüsusən də təhlükəsizlik sahəsini müzakirə edib.

Tərəflər İrandakı vəziyyət, Rusiyanın Ukrayna ilə müharibəsi, Azərbaycanın Ermənistanla münasibətlərinə dair fikir mübadiləsi aparıblar.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?