Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə rəis müavini və rəis vəzifəsini müvəqqəti icra edən təyin olunub.
Modern.az xəbər verir ki, bununla bağlı müvafiq sərəncamlar imzalanıb.
Belə ki, Nəcəfalıyev Nəcəfalı Əziz oğlu Dövlət Xidmətinin rəis müavini təyin edilib.
Bundan əlavə, Fətəliyev Nurlan Mirzəmməd oğlu Dövlət Xidmətinin rəis müavini, rəis vəzifəsinin müvəqqəti icraçısı təyin edilib.
Qeyd edək ki, bundan əvvəl N.Nəcəfalıyev Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin idarə heyətinin sədri vəzifəsində,N.Fətəliyev isə Dövlət Xidmətinin rəis müavini vəzifəsində çalışıb.(İqtisadiyyat.az)