Modern.az

İlham Əliyev xanımı ilə müharibədə həlak olanların xatirəsini anıblar - FOTO

İlham Əliyev xanımı ilə müharibədə həlak olanların xatirəsini anıblar - FOTO

Ölkə

9 May 2026, 12:03

Mayın 9-da faşizm üzərində tarixi Qələbədən 81 il ötür.

Modern.az xəbər verir ki, bu münasibətlə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanovun məzarını ziyarət ediblər.

Dövlətimizin başçısı və birinci xanım Həzi Aslanovun abidəsinin önünə gül dəstələri qoyub, müharibədə həlak olan bütün Azərbaycan övladlarının xatirəsinə ehtiramlarını bildiriblər.

Whatsapp
Bizə yazın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...