Modern.az

Türkiyənin dünyaca məşhur onkoloq-hematoloqu Bakıya gəlir

Türkiyənin dünyaca məşhur onkoloq-hematoloqu Bakıya gəlir

Ölkə

Bu gün, 09:52

Referans Hayat Hospital pasiyentlərinə beynəlxalq təcrübəli həkimlərin xidmətlərindən yararlanmaq imkanı təqdim etməyə davam edir. Bu dəfə hospitalda "Anadolu Sağlık Merkezi Johns Hopkins Medicine⁠" ilə əməkdaşlıq çərçivəsində tanınmış onkoloq-hematoloq Prof. Dr. Zafer Gülbaş tərəfindən pasiyent qəbulu keçiriləcək.

22 may tarixində keçiriləcək qəbul zamanı həkim qan xəstəlikləri, limfa sistemi və sümük iliyi problemləri, eləcə də onkoloji və hematoloji xəstəliklərlə bağlı müayinə və konsultasiyalar aparacaq.

Qanazlığı, limfa düyünlərinin böyüməsi, trombosit və leykozit pozğunluqları, leykemiya, limfoma və mieloma kimi xəstəliklər üzrə pasiyentlər həkimin xidmətlərindən faydalana biləcəklər.
Qəbul zamanı xəstələrin diaqnozu, müalicə planının müəyyən olunması və sonrakı tibbi nəzarət barədə ətraflı məlumat veriləcək.

Xaricdən mütəmadi olaraq mütəxəssislərin dəvəti pasiyentlərə beynəlxalq tibbi təcrübədən yararlanmaq baxımından əlavə imkanlar yaradır.

Qeyd edək ki, qəbula öncədən yazılmaq mütləqdir.

 Çağrı Mərkəzi: *0033
 Mobil: +994 77 502 00 33
 Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 35A

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?