Modern.az

Prezident Azərbaycan millisini təbrik etdi

Prezident Azərbaycan millisini təbrik etdi

Ölkə

Bu gün, 10:04

Prezident İlham Əliyev minifutbol üzrə Avropa çempionatının qalibi olan Azərbaycan milli komandasını təbrik edib.

Modern.az xəbər verir ki, bununla bağlı dövlətimizin başçısının sosial şəbəkə hesablarında paylaşım edilib.

“2022-ci ildə Avropa çempionu, 2025-ci ildə dünya çempionu olmuş Azərbaycan minifutbol millisi ölkəmizin idman tarixinə daha bir parlaq səhifə yazaraq növbəti dəfə Avropa çempionu oldu. Bu qələbənin komanda idman növündə qazanılması ikiqat sevindiricidir.

Komandamızı bu möhtəşəm qələbə münasibətilə səmimi-qəlbdən təbrik edir, millimizə yeni-yeni uğurlar arzulayıram”, - deyə paylaşımda bildirilib.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Azərbaycanlıların olduğu gəmilər vuruldu - ÖLƏNLƏR VAR