Modern.az

Nazirin 1-ci müavininin dosyesi AÇIQLANIB

Nazirin 1-ci müavininin dosyesi AÇIQLANIB

Ölkə

Bu gün, 15:53

Bir müddət öncə - mayın 14-də ekologiya və təbii sərvətlər nazirinin birinci müavini vəzifəsinə təyin edilmiş Ağakərim Səmədzadənin tərcümey-halı açıqlanıb.

Modern.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirlyinin məlumatına görə, nazirin yeni birinci müavini Ağakərim Ağasəməd oğlu Səmədzadə 16 aprel 1979-cu ildə Bakı şəhərində anadan olub.

Müxtəlif illərdə Bakı Dövlət Universitetində filologiya və hüquqşünaslıq, həmçinin Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında menecment ixtisasları üzrə ali təhsil alıb.

2015–2018-ci illərdə Rusiya Federasiyası Prezidenti yanında Xalq Təsərrüfatı və Dövlət Qulluğu Akademiyasında Hüquq fakültəsinin magistratura pilləsində oxuyub.

Əmək fəaliyyətinə 1997-ci ildə “Azəravtoyol” Dövlət Şirkətində hüquq məsləhətçisi kimi başlayıb, 1999–2002-ci illərdə Sosial-İqtisadi Araşdırmalar Mərkəzində fəaliyyətini davam etdirib.

2002–2024-cü illərdə Ədliyyə Nazirliyində çalışıb, həmin dövrün 17 ilini rəhbər vəzifələrdə fəaliyyət göstərib.

2024–2026-cı illərdə Azərbaycan İnvestisiya Şirkətində və Azərbaycan Biznesinin İnkişafı Fondunda İdarə Heyəti sədrinin müşaviri və baş direktor vəzifələrində işləyib.

Ölkə Prezidentinin 2026-cı il 13 may tarixli Sərəncamı ilə ekologiya və təbii sərvətlər nazirinin birinci müavini təyin edilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Azərbaycanlıların olduğu gəmiləri kim vurdu? - Ölənlər sayı açıqlandı