Modern.az

Aviabiletlərin baha olması turizmin inkişafına mane olur - deputat

Aviabiletlərin baha olması turizmin inkişafına mane olur - deputat

Ölkə

Bu gün, 12:47

Aviabiletlərin qiymətinin yüksək olması ölkəyə gələn turistlərin sayına və turizm sektorunun inkişafına mənfi təsir göstərir.

Modern.az xəbər verir ki, bunu parlamentin bugünkü plenar iclasında deputat Göydəniz Qəhrəmanov "Aviasiya haqqında" qanuna dəyişikliklərin müzakirəsi zamanı deyib.

Deputat bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə turizm sektoru ölkədə prioritet istiqamətlərdən birinə çevrilib və bu sahənin inkişafı üçün ardıcıl dövlət siyasəti həyata keçirilir. Onun sözlərinə görə, paytaxtda, regionlarda və işğaldan azad olunmuş ərazilərdə turizm infrastrukturu genişləndirilir, yeni turizm kompleksləri yaradılır, dəmir yolları yenilənir və Qarabağla Şərqi Zəngəzurda üç beynəlxalq hava limanı istifadəyə verilib.



Göydəniz Qəhrəmanov qeyd edib ki, ölkəyə gələn turistlərin əksəriyyəti hava nəqliyyatından istifadə edir. Lakin son dövrlər aviabiletlərin qiymətində müşahidə olunan artım həm xarici turistlərin, həm də Azərbaycan vətəndaşlarının səyahət xərclərini artırır.

Deputat hesab edir ki, aviaşirkətlər qiymət siyasətinə turizm sektorunun ümumi inkişafı prizmasından yanaşmalıdır.

"Belə ki, aviabiletlərin daha əlçatan olması ölkəyə gələn turistlərin sayının artmasına səbəb olar. Bu isə təkcə aviasiya sektorunun deyil, bütövlükdə turizm sənayesində fəaliyyət göstərən hotellərin, bələdçilərin, nəqliyyat xidmətlərinin, iaşə obyektlərinin və digər sahələrin gəlirlərinin artmasına, eyni zamanda yeni iş yerlərinin yaradılmasına töhfə verə bilər", – deyə deputat bildirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukrayna ordusu əks-hücuma keçdi - Ərazilər azad olundu