Cənubi Qafqaz vəziyyət kəskin şəkildə dəyişib və buna səbəb İkinci Qarabağ müharibəsi olub.
Modern.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında deyib.
Dövlətimizin başçısı qeyd edib ki, çünki bir çox yataqlar yerindən tərpəndi. Regionda baş verən digər hadisələr – Azərbaycan tərəfindən suverenliyinin tam bərpa edilməsi, Ermənistanın avropayönümlü fəaliyyəti və bununla bağlı proseslər və s. Zənnimcə, bu, artıq, ümumiyyətlə, həm təhlilçilər tərəfindən, həm də dövlət səviyyəsində vəziyyətin yenidən dəyərləndirilməsini tələb edir.
Prezident həmçinin vurğulayıb ki, Cənubi Qafqaz geosiyasi qarşıdurma arenası kimi qəbul edilməməlidir. Azərbaycan bunun qarşısını aldı:
“Biz geosiyasi intriqaların qurbanı olmadıq. Biz xarici aktorların heç birinə imkan vermədik ki, Azərbaycanı istifadə etsinlər”, - deyə dövlətimizin başçısı vurğulayıb.