Modern.az

Şəmkirdə kütləvi zəhərlənməyə görə restoran BAĞLANDI

Şəmkirdə kütləvi zəhərlənməyə görə restoran BAĞLANDI

Ölkə

16 İyul 2026, 11:20

Şəmkirdə baş verən qida zəhərlənməsi hadisəsi ilə bağlı Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Qazax-Tovuz regional bölməsi araşdırmalara başlayıb.

Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Agentlikdən bildirilib.

Məlumata görə, AQTA-ya daxil olan məlumata əsasən, şəxslərə müvafiq tibbi yardım göstərilib, vəziyyətləri qənaətbəxş hesab edilərək evə buraxılıblar.

Araşdırmalar zamanı hadisənin Şəmkir rayonunun Kür qəsəbəsində fəaliyyət göstərən "Narın Qala" restoranında baş verdiyi müəyyən olunub. AQTA əməkdaşları tərəfindən restoranın fəaliyyəti müvəqqəti dayandırılıb, nümunələr götürülərək laborator müayinələrə cəlb edilib.

Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Prezidentdən Rusiyaya kritik mesaj - Edə bilmədilər, əvəzində...