Modern.az

Oğlunun şəhid olması tarixindən bir gün sonra vəfat etdi - FOTO

Oğlunun şəhid olması tarixindən bir gün sonra vəfat etdi - FOTO

Aktual

Bu gün, 15:07

Azərbaycan Ordusunun şəhid baş leytenantı Zamin Abbasovun atası Xaqani Abbasov vəfat edib.


Modern.az xəbər verir ki, bu barədə Ölkə.az-a onun yaxınları məlumat verib.

Mərhumun yas mərasimi sentyabrın 23-də Sumqayıt şəhərində yerləşən “Zəngəzur” mərasim evində təşkil ediləcək.

Qeyd edək ki, şəhid Abbasov Zamin Xaqani oğlu 08.03.1993-cü ildə Qubadlı şəhərində anadan olub. 31 avqust 1993-cü ildə Qubadlı rayonunun erməni silahlı qüvvələri tərəfindən işğal olunması nəticəsində məcburi köçkün kimi Sumqayıt şəhərində müvəqqəti məskunlaşıb.

2000-ci il tarixdə Qubadlı rayon Mehman Ağayarov adına Kavdadıq kənd tam orta məktəbinə daxil olub. 2008-ci ildə 8-ci sinfi bitirən Zamin C.Naxçıvanski adına Hərbi Liseyə daxil olub, 2011-ci ildə oranı bitirdikdən sonra Heydər Əliyev adına Ali Hərbi Akademiyaya daxil olub. 2015-ci ildə Akademiyanı bitirdikdən sonra peşəkar kadr kimi hərbi sənətə yiyələnib.

Ermənistanla şərti sərhəddə, ön xətt briqadasında xidmət keçib. Xidməti dövründə dəfələrlə komandanlıq tərəfindən Fəxri Fərman və döş nişanları ilə təltif edilib. 2016-cı il aprel döyüşləri zamanı xüsusi şücaət göstərmiş, komandanlıq tərəfindən “Döyüşdə fərqlənməyə görə” medalı ilə təltif edilib.

2020-ci il 44 günlük Vətən Müharibəsi zamanı Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın rayonları uğrunda gedən döyüşlərdə xüsusilə fərqlənmiş, tabeçiliyində olan hərbi qulluqçuları birinin belə burnu qanamadan müharibənin sonunadək sağ-salamat aparıb çıxarıb.

Azərbaycanın Milli Qəhrəmanı Şükür Həmidov tərəfindən, həmçinin korpus komandiri tərəfindən təşəkkürnamə və Fəxri Fərmanlarla təltif edilib.

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Sərəncamı ilə Abbasov Zamin Xaqani oğlu “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Laçının azad olunmasına görə”, “Vətən Müharibəsi iştirakçısı” medalları ilə təttif edilib.

Z.Abbasov həmçinin 2021-2022-ci illərdə qısamüddətli əməliyyatlar zamanı tabeçiliyində olan hərbi qulluqçularla birgə xüsusi şücaətlər göstərib.

2023-cü il sentyabrın 20-də Qarabağda lokal xarakterli antiterror tədbirlərinin keçirilməsi zamanı Xocavənd rayonunda düşmən snayperindən açılan atəş nəticəsində aldığı yaradan şəhid olub.

Allah rəhmət eləsin!

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndiyə antiterror əməliyyatından 7 gün əvvəl daxil olmuşduq – XTQ kəşfiyyatçısı