Modern.az

Dövlət qulluqçuları 65 yaşdan sonra da işləyə biləcəklər – ŞƏRTLƏR

Dövlət qulluqçuları 65 yaşdan sonra da işləyə biləcəklər – ŞƏRTLƏR

Ölkə

Bu gün, 15:49

Dövlət Qulluğu Məcəlləsinin layihəsində dövlət qulluğunda olmanın yaş həddi 65 yaş müəyyən edilir. Bununla yanaşı, 65 yaşı tamam olan şəxsin müəyyən şərtlərlə dövlət qulluğunda qalmasına imkan verilməsi də nəzərdə tutulur.

Modern.az xəbər verir ki, layihəyə əsasən, 65 yaşına çatmış dövlət qulluqçusunun qulluq müddəti dövlət orqanının rəhbəri tərəfindən hər dəfə maksimum bir il olmaqla uzadıla bilər.

Ümumi qaydaya görə, bu uzadılmanın müddəti 5 ildən çox ola bilməyəcək. Bununla belə, inzibati vəzifələrin ali-üçüncü təsnifatına aid vəzifələrdə çalışan dövlət qulluqçuları üçün istisna nəzərdə tutulur. 

Yaş həddinin uzadılması avtomatik olmayacaq. Bunun üçün dövlət qulluqçusunun razılığı tələb ediləcək. Bundan başqa, şəxsin dövlət təltifi ilə təltif olunması və ya son üç ildə xidməti fəaliyyətinin “əla” və yaxud “yaxşı” qiymətləndirilməsi kimi meyarlardan ən azı birinə cavab verməsi nəzərdə tutulur.

Layihə 65 yaşdan sonra işləməyə davam edənlərin sayına da məhdudiyyət qoyur. Dövlət orqanının strukturuna daxil olan qurumda bu şəxslərin sayı həmin qurumdakı dövlət qulluqçularının ştat sayının 2 faizindən artıq ola bilməyəcək. Dövlət qulluqçularının sayı 100 nəfərdən az olduqda isə yaş həddi uzadılmış əməkdaşların sayı maksimum iki nəfər ola bilər. 

Məsələ səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada əhaliyə şok qadağa - Küçəyə çıxmayın!