Modern.az

Hərbçilərin pensiyası son maaşla hesablanmayacaq

Hərbçilərin pensiyası son maaşla hesablanmayacaq

Ölkə

Bu gün, 16:18

Müdafiə Nazirliyinin hərbi qulluqçularının pensiyalarının hesablanmasında yeni mexanizmin tətbiqi nəzərdə tutulur.

Modern.az xəbər verir ki, bununla bağlı qanun layihəsi Milli Məclisin bu gün keçirilən payız sessiyasının ilk plenar iclasında müzakirə ediləcək.

Sənədin izahına görə, hazırda hərbi qulluqçuların pensiyaları sonuncu təminat xərcliyi əsasında hesablanır. Yeni yanaşmada pensiya məbləği ilə təminat xərcliyi arasındakı əlaqə aradan qaldırılacaq.

Pensiya fərdi şəxsi hesabda qeydə alınmış pensiya kapitalına əsasən təyin ediləcək. Bununla yanaşı, qulluq stajına görə hazırkı əlavənin əvəzinə sabit məbləğdə aylıq pensiya əlavəsi veriləcək. Əlavənin məbləği hərbi rütbələr üzrə müəyyən olunacaq.

Yeni mexanizmə keçid üçün beşillik müddət də nəzərdə tutulur. Müvafiq qurumun sistemində xidmət etmiş və 2026-cı il oktyabrın 1-dən sonrakı beş il ərzində pensiya hüququ yaranan hərbi qulluqçulara pensiya şərti pensiya kapitalı nəzərə alınmaqla təyin ediləcək.

Fərdi hesabdakı pensiya kapitalı şərti kapitaldan yüksək olarsa, hesablamada daha yüksək məbləğ əsas götürüləcək.

2026-cı il oktyabrın 1-dək qulluq stajına görə əlavə almaq hüququ yaranmış və əlavə təyin edilmiş hərbi qulluqçular üçün əvvəlki normalar qorunacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıya qarşı ard-arda hücumlar - Türkiyə nə edəcək?