Modern.az

Gürcüstanda həbsdə olan Azərbaycan vətəndaşlarının sayı açıqlandı

Gürcüstanda həbsdə olan Azərbaycan vətəndaşlarının sayı açıqlandı

Ölkə

Bu gün, 11:52

Gürcüstanda həbs cəzası çəkən Azərbaycan vətəndaşlarının sayı 199 nəfər təşkil edir.

Modern.az Apa-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin avqust ayı üzrə hesabatında bildirilib.

Sənədə əsasən, Azərbaycan vətəndaşlarının 57-si kişi, 7-si qadın olmaqla 64-ü təqsirləndirilən şəxs, 118-i kişi, 17-si qadın olmaqla isə 135-i məhkumdur.

Gürcüstanda probasiya nəzarətində saxlanılan 76 nəfər Azərbaycan vətəndaşı var ki, onların 67-si kişi, 9-u isə qadındır.

Qonşu ölkənin həbsxanalarında ümumilikdə 1 741 xarici vətəndaş saxlanılır, 716 əncəbiyə isə probasiya nəzarəti tətbiq olunur.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada əhaliyə şok qadağa - Küçəyə çıxmayın!