Modern.az

Milli Məclis iyunun 29-da tətilə gedir

Milli Məclis iyunun 29-da tətilə gedir

Parlament

19 İyun 2012, 17:36

Milli Məclisin növbədənkənar sessiyasının ikinci iclası iyunun 29-da keçiriləcək. Bu barədə Modern.az saytına Milli Məclisin deputatı Zahid Oruc məlumat verib. Lakin o, gündəliyin hələ məlum olmadığını qeyd edib:

“Gündəlik hələki formalaşmaqdadır və ehtimallara görə, bu, parlamentin son iclası olacaq”.

 Deputat eyni zamanda son iclasda Ayaz Mütəllibovun cinayət işi ilə bağlı məsələnin müzakirə edilib-edilməyəcəyinə də aydınlıq gətirib.

“Ayrıca həmin məsələnin gündəmə çıxarılması mümkün deyil. Ümumiyyətlə, bizə belə bir sənəd daxil olmayıb”.

 Aytən ƏLİYEVA 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!