Modern.az

Azərbaycanın axtardığı insan alverçiləri...

Azərbaycanın axtardığı insan alverçiləri...

Parlament

Bu gün, 12:52

Azərbaycanda axtarılan insan alverçilərinin Türkiyə və BƏƏ-də gizləndiyi ehtimal olunur.

Modern.az xəbər verir ki, bu barədə Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatında qeyd olunub.

Belə ki, hazırda insan alveri cinayətində təqsirləndirilən 10 nəfərin İnterpol kanalları ilə beynəlxalq axtarışı davam etdirilir.

Onlardan 7-nin Türkiyədə, 1-nin Pakistanda, 1-nin Rusiyada, 1-nin isə Birləşmiş Ərəb Əmirliklərində gizləndiyinin ehtimal olunduğu bildirilib.

Hesabatda həmçinin insan alveri, uşaq pornoqrafiyası, fahişəliyə cəlbetmə və əxlaqsızlıq yuvaları saxlama ilə bağlı yerli axtarışda olan 31 nəfərdən 15-nin saxlanıldığı qeyd olunub.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?