Modern.az

400 PKK-çı Qarabağa gətirildi

400 PKK-çı Qarabağa gətirildi

Təhsil

7 Aprel 2016, 10:45

Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində artan gərginlik fonunda PKK terrorçuları Dağlıq Qarabağda yerləşdirilib.

Modern.az xəbər verir ki, bu barədə Türkiyənin “Yeni Şafak” qəzeti yazıb. Məlumata görə, PKK 400 döyüşçüsünü bölgəyə göndərib.  

Belə ki, Kandil və Kamışlıdan gələn terrorçular Ağrı dağından Ermənistana keçib. Göyçə gölü istiqamətindən ayrılan PKK-çıların Qarabağda qaynar nöqtələrə getdiyi qeyd olunub.  

Nəşr yazıb ki, PKK yaraqlıları Laçın, Şuşa, Kəlbəcər, Ağdam, Cəbrayıl, Zəngilan və Füzulidəki erməni mövqelərinə səpələniblər.

Aqşin KƏRİMOV

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı