Modern.az

Astronomlar həyat imkanları olan 3 yeni planet aşkar edib - Video

Astronomlar həyat imkanları olan 3 yeni planet aşkar edib - Video

Təhsil

3 May 2016, 21:59

 

Avropalı astronomlar həyat imkanları olan 3 yeni planet aşkar ediblər. Modern.az saytı anspress-ə istinadən xəbər verir ki, kosmik obyektlər yerdən 40 işıq ili uzaqlıqda Dolça bürcündə yerləşir.  

Ölçülərinə görə, onlar Veneraya bənzəyir. Tədqiqatçıların sözlərinə görə, planetlərin səthində aşağı temperatur olmasına baxmayaraq, onlarda hər hansı həyat normalarının yaranması ehtimalı olduqca yüksəkdir.

Artıq 2 ildən sonra yeni orbital teleskopun köməyi ilə astronomlar öz nəzəriyyələrini yoxlaya biləcəklər.  

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı