Modern.az

Azərbaycan FİFA reytinqində 133-cüdür

Azərbaycan FİFA reytinqində 133-cüdür

Təhsil

5 May 2016, 15:42

Azərbaycan yığma komandası FİFA reytinqində 133-cü yerdə qərarlaşıb.

Modern.az təşkilatın saytına istinadən xəbər verir ki, may ayı üçün reytinqdə ölkə yığması 269 xalla 1 pillə irəliləyə bilib.

Azərbaycan yığmasının “Dünya Çempionatı-2018” çərçivəsindəki rəqiblərindən Almaniya 5-ci, Şimali İrlandiya 26-cı, Çexiya 29-cu, Norveç 49-cu və San-Marina 200-cüdür.

Dünya futbol reytinqinə Argentina başçılıq edir. Onun 1532 xalı var. Növbəti pillələrdə Belçika (1364), Çili (1353) və Kolumbiya (1337) qərarlaşıb.


Vüqar İsmayılov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan Naxçıvanla bağlı gözlənilməz addım: Helikopterin vurulması