Ankaradakı hərbi məktəb komandanlığının ərazisindən təlim uçuşu üçün havaya qalxan hərbi helikopterin yerə düşməsi nəticəsində 5 zabit həlak olub. Türkiyə KİV-nin məlumatına görə, hazırda qəzanın səbəbləri bağlı təhqiqat aparılır.
Bu son günlərdə Türkiyədə təlim uçuşları zamanı baş verən ikinci qəza olub.
Yanvarın 4-də İzmirdə təlim uçuşu üçün havaya qalxan təyyarə qəzaya uğrayıb, xoşbəxtlikdən insident nəticəsində ölən olmayıb.