Daxili İşlər Nazirliyi anasını, arvadını və iki uşağını qətlə yetirən şəxslə bağlı açıqlama yayıb. Modern.az xəbər verir ki, DİN-in açıqlamasına görə, yanvarın 11-də saat 03.40 radələrində Nizami rayonu ərazisindəki Ş.Mirzəyev küçəsində yaşayan 37 yaşlı Rövşən Mehrəliyev anası, 56 yaşlı Elmiranı, arvadı, 32 yaşlı Laləni, qızı, 6 yaşlı Səidəni, oğlu, 5 yaşlı İlhamı bıçaqla qətlə yetirib, sonra isə özünə qarın nahiyəsindən xəsarət yetirib.
R.Mehrəliyev xəstəxanaya yerləşdirilib, vəziyyəti orta-ağırdır.
Nizami rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.