Modern.az

Magistraturaya qəbul imtahanının I mərhələsinin vaxtı müəyyənləşib

Magistraturaya qəbul imtahanının I mərhələsinin vaxtı müəyyənləşib

Təhsil

11 Yanvar 2011, 18:17

2011/2012-ci tədris ili üçün magistraturaya qəbul imtahanına ərizə qəbulu 2011-ci il yanvarın 25-dən fevralın 7-dək aparılacaq. Bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətindən məlumat verilib.

Qəbul imtahanının I mərhələsi 2011-ci il fevralın 20-də keçiriləcək. Qeyd edək ki, qəbul qaydalarına uyğun olaraq imtahanın birinci mərhələsində bakalavrların ümumi intellekt səviyyəsi (məntiqi təfəkkür), xarici dil və informatika fənni üzrə bilikləri yoxlanılacaq.

Qəbulla bağlı elanın tam mətni “Magistr” xüsusi buraxılışının növbəti sayında dərc olunacaq.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı