Modern.az

Müdafiə Nazirliyi hərbi hissədəki partlayışla bağlı məlumat yayıb

Müdafiə Nazirliyi hərbi hissədəki partlayışla bağlı məlumat yayıb

Təhsil

12 Noyabr 2011, 12:27

Azərbaycan Müdafiə Nazirliyi hərbi hissədəki partlayışla bağlı məlumat yayıb. Məlumatda bildirilib ki, dünən saat 20.00 radələrində Beyləqan rayonunda yerləşən N saylı hərbi hissənin avtomobil parkının ərazisində yanğın baş verib. 
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, yanğın nəticəsində avtomobillərdən birinin yük yerində olan minalar partlasa da, ölən və yaralanan olmayıb. Hadisə ilə bağlı araşdırma aparılır.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ərdoğan Bakıya kritik mesaj verdi - Nələr olacaq?