Modern.az

Azərbaycan XİN-i İran tərəfdən cavab gözləyir

Azərbaycan XİN-i İran tərəfdən cavab gözləyir

Təhsil

1 İyun 2012, 13:58

“İranda həbs edilən iki gənclə bağlı etdiyimiz müraciətə hələ cavab verilməyib. Üç dəfə İran tərəfə nota verilib. Hazırda İran tərəfindən cavab gözləyirik”. Bu sözləri Modern.az-a verdiyi açıqlamada Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev deyib.

Qeyd edək ki, İrana səfər etmiş iki gənc Azərbaycan şairi Şəhriyar del Gerani (Hacızadə) və Fərid Hüseyn Təbrizdə mülki geyimli şəxslər tərəfindən həbs ediliblər. İrana poeziya festivalına gedən şairlər mayın 2-dən etibarən İran tərəfində saxlanılır.

Anar Kəlbiyev

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı