Modern.az

Azərbaycan jurnalistlərinə Səudiyyə Ərəbistandan dəvət gəlib

Azərbaycan jurnalistlərinə Səudiyyə Ərəbistandan dəvət gəlib

Təhsil

1 İyun 2012, 16:30

Xarici İşlər Nazirliyi (XİN) Azərbaycan jurnalistlərinin Səudiyyə Ərəbistanına  səfərini təşkil edir. Bu barədə  Modern.az-a XİN-nin mətbuat xidmətindən  məlumat verilib. Nazirlik bildirib ki, Səudiyyə Ərəbistanı Krallığının Bakıdakı Səfirliyindən daxil olan məlumata əsasən ki, 2-3 iyun tarixlərində Səudiyyə Ərəbistanı Krallığının Ciddə şəhərində BMT-nin Terrorçuluğa qarşı Mübarizə Mərkəzinin Məşvərət Şurasının ikinci toplantısı keçiriləcək.

Tədbiri işıqlandırmaq istəyən Azərbaycanın mətbuat nümayəndələrindən adları, işlədikləri yer, şəxsiyyət vəsiqələrinin surəti, gəlişləri haqqında məlumat və əlaqə vasitələrini [email protected] e-mail ünvanına və ya (009661) 4419448 saylı faks nömrəsinə  göndərmələri xahiş olunur. Qeyd olunmalıdır ki, tədbirdə iştirak edəcək jurnalistlərin səfər və qalma xərcləri öz hesablarınadır. 

Modern.az

Sizə yeni x var
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...