Modern.az

Təhsil Nazirliyi Silahlı Qüvvələrə Yardım Fonduna 50 000 manat pul ayırıb

Təhsil Nazirliyi Silahlı Qüvvələrə Yardım Fonduna 50 000 manat pul ayırıb

Təhsil

3 Oktyabr 2020, 13:48

Təhsil Nazirliyi işğal altında olan torpaqlarımızın azadlığı, Vətənin bütövlüyü uğrunda mübarizə aparan Azərbaycan Ordusuna dəstək məqsədilə Silahlı Qüvvələrə Yardım Fonduna 50 000 manat pul ayırıb.

 

Bu barədə Modern.az-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, ordumuzun həyata keçirdiyi uğurlu hərbi əməliyyatlardan qürur duyuruq.

Qeyd edək ki, Silahlı Qüvvələrə Yardım Fondunun yaradılmasında əsas məqsəd Silahlı Qüvvələrin müasir tələblər səviyyəsində inkişafını təmin etmək, maddi-texniki bazasını möhkəmləndirmək və zəruri sosial tədbirləri maliyyələşdirməkdir.

Zəfər sənindir, Azərbaycan əsgəri!

Sizə yeni x var
Keçid et
Ukrayna aman vermir - Rusiya yenə bombalanır