Modern.az

Məktəblər distant tədrisə keçməyəcək - Nazirlik rəsmisi

Məktəblər distant tədrisə keçməyəcək - Nazirlik rəsmisi

Təhsil

4 Noyabr 2021, 15:25

“Məktəblərdə koronavirusla əlaqədar vəziyyət kritik deyil”.

 

Modern.az xəbər verir ki, bu sözləri AzEdu.az-a açıqlamasında  Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin müdir əvəzi Orxan Abbasov deyib.

 

O, son zamanlar cəmiyyətdə yaranan məktəblərin bağlanacağı fikrinə münasibət bildirib:

 

“Bu gün məktəblərin distant tədrisə keçməsi gündəmdə deyil. Məktəblərin bağlanması barədə hər hansı qərar olsa, bu barədə ictimaiyyətə əvvəldən məlumat veriləcək. Bu günə olan rəqəmlər vəziyyətin gərgin olduğunu göstərmir".

Sizə yeni x var
Keçid et
Putin kəşfiyyata təcili ƏMR VERDİ - Türkiyəni kimlər qarışdırır?